Rövşən Rzayev (hərbçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rövşən Rzayev
Rövşən Abdulla oğlu Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1969(1969-10-15)
Doğum yeri
Vəfat tarixi 8 yanvar 1999(1999-01-08) (29 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Rütbəsi Kapitan
Təltifləri "Qızıl Ulduz" medalı

Rövşən Rzayev (15 oktyabr 1969, Sahil8 yanvar 1999, Qobustan) — Azərbaycanın Milli Qəhrəmanı, Kapitan.[1]

15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur. 1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Milli Orduya yazılan Rövşən tez-tez cəbhəyə getməyə başladı.[1]

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

O, "N" saylı bölüyün "N" saylı alayına komandir təyin edilmişdi. Rövşən Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanlı, Papravənd kəndlərində ermənilərin xeyli canlı qüvvəsini məhv etmişdi. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq döyüşçü dostlarını tək qoymur, hətta neçə-neçə yaralı əsgəri də xilas etmişdi.[2]

Müharibədən alnı açıq çıxan Rövşən müxtəlif vaxtlarda müxtəlif hərbi hissələrə komandirlik etmişdi. Son vaxtlarda isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri vəzifəsində çalışırdı. 8 yanvar 1999-cu il Qobustan təcridxanasında bir qrup məhbus qiyam edir. Onlar əsgərləri girov götürmüşdülər. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanır. O, məhbuslarla belə razılığa gəlir ki, əsgərlər azad edilir əvəzində isə Rövşənin özü girov qalır. Bu təhlükəli şərti qəbul edən polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerin yetirərkən məhbuslar tərəfindən qətlə yetirildi.[2]

Ailəli idi, iki övladı yadigar qalıb.[2]

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Rzayev Rövşən Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]

Sahil qəsəbəsində dəfn edilib. Sahil qəsəbəsində Rövşən Rzayevin adına park var. Həmin parkda büstü qoyulub.[1]

  1. 1 2 3 "RZAYEV RÖVŞƏN ABDULLA oğlu". Milliqahramanlar.az. 15 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 October 2018.
  2. 1 2 3 "Rzayev Rövşən Abdulla oğlu". Veten-ugrunda.az. 27 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2018.
  3. "National Heroes". Azerbaijans.com. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]