Hundi Sultan (II Bəyazidin qızı)
Hundi Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1464 |
Doğum yeri | |
Vəfat tarixi | 1511 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | II Bəyazid |
Anası | Bülbül Xatun |
Həyat yoldaşı |
|
Uşaqları |
Sultanzadə Musa bəy Sultanzadə Mustafa bəy Qəmərşah xanım Sultan Hümaşah xanım Sultan Mahdümzadə xanım Sultan Aynişah xanım Sultan |
Hundi Sultan (1464, Amasya, Osmanlı imperiyası – 1511, Bursa, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Hundi Sultan 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Hundi Sultan 1479-cu ildə Anadolu bəylərbəyi Herseqli Əhməd Paşayla evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
Əri Herseqli Əhməd Paşa atası Sultan Bəyazid və ögey qardaşı Yavuz Sultan Səlim səltənətlərində ümumilikdə 5 dəfə sədarətə gətirildi. Onun üçüncü sədarət dönəmində — 1511-ci ildə Hundi Sultan vəfat etdi. Cənazəsi Bursada Muradiyə külliyəsindəki Şahzadə Mahmud türbəsinə — anası və qardaşlarının yanına dəfn olundu.
Övladları
[redaktə | mənbəni redaktə et]- Sultanzadə Musa bəy
- Sultanzadə Mustafa bəy — 1533-cü ildə Bozox sancaqbəyi təyin edildi.
- Qəmərşah xanım Sultan (ö. 1542)
- Hümaşah xanım Sultan (ö. 1551)
- Mahdümzadə xanım Sultan (ö. 1511)
- Aynişah xanım Sultan
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
- Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
- ↑ Uluçay 2011, p. 50
- ↑ Beiträge-Institut za istoriju Sarajevo, 1978, p. 80