Karavella
Karavella | |
---|---|
port. Caravela, isp. Carabela | |
Tarixi | XV əsr |
Sinifi | Yelkənli |
Növü | Karavella |
Təyinatı | Çoğrafi kəşflər üçün |
Top | 40 |
Dor ağacı | 1-2 |
Yelkəni | 2-6 |
Uzunluğu | 15-35 |
Eni | 4-9 |
Su sıxışdırması | 50-200 |
Vikianbarda əlaqəli mediafayllar |
Karavella (port. Caravela, isp. Carabela) — XV əsrdən etibarən istifadə olunmağa başlanmış yelkənli gəmi. Sürətlə hərəkət edirdi, həm də tutumlu idi. Əsas üstünlüyü: çoxlu yelkenləri var idi.
Karavellaların ilkin nümunələri tək bir yelkəndən ibarət olmuşdur. XVII əsrdə isə karavella tipli gəmilərdə köklü dəyişikliklər edilmişdir. XVI əsrdə Portuqaliyada hazırlanan karavellalar 50 - 160 ton ağırlığında olan yükü daşıya bilirdi. Uzun səfərlər üçün nəzərdə tutulan karavellalarda 2 - 6 arası yelkən olurdu. Bu gəmilərin əsas cəhətlərindən biri küləyin hansı istiqamətdən əsməsinə baxmayaraq, yelkənlərin istiqamətini dəyişməklə nəzərdə tutulan yerə tez bir zamanda çatması idi. Zamanla Portuqaliya imperiyasının donaması üçündə karavellaların hazırlanmasına başlanıldı. Donamada saxlanılan karavellalar daha lüks şəkildə hazırlanırdı. Burada olan gəmilər bir neçə mərtəbədən ibarət olur, gəminin zirzəmi hissəsində həbsxana, bir mərtəbə yuxarıda isə mətbəx belə yerləşirdi. Karavellalar 3 ay heç bir limanda lövbər salmadan rahat şəkildə hərəkət edə bilirdi. Karavellaların yeganə mənfi cəhəti kimi gəmi heyəti üçün yerin dar olmasında idi.