Kriolofozavr
Kriolofozavr | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kriolofozavr |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Кriolofozavr (lat. Cryolophosaurus ellioti) — İri yırtıcı dinozavr olmuşdur. Onlar Yura dövründə indi ki, Antarktida ərazisində yayılmışlar. İlk dəfə V. Hammer tərəfindən 1991-ci ildə Orta-Antarktida silsiləsində Kerkpatrik dağında aparılan qazıntı zamanı aşkarlanmışdır. 1994-cü ildə qeydə alınmışdır. İlk və ətraflı məlumat toplanan Antarktida dinozavrıdır. Kəllələrinin üzərində xüsusi çıxıntı vardırdı idi. Tapılan kəllə çox guman kimi erkəyə mənsub olmuşdur. Dinozavrın bu cür bəzəyinin olması ilə əlaqədar onu ilk vaxtlar "Elvizavr" adlandırırdılar. Səbəb isə Elvis Preslinin maraqlı telinə bənzəməsi idi. Ola bilsin ki, dişilər bu cür bəzəyə sahib deyilmişlər və erkəklərdən iri olmuşlar. Bu dinozavrlar keratozavr — dilofozavrlara yaxın olmuşlar. Canlının uzunluğu 6–8 metr olmuşdur. Bu öz dövrünün ən iri canlısı olmuşdur. Bu zamanlar Antarktida ərazisində buzlar olmamışdır.
Mezazoy erasınnda Antarktida nəhəng cənub qitəsi olan Qondvananın bir hissəsi olmuşdur. Antarktidanın Cənubi Amerika, Cənubi Afrika və Avstraliya ilə əlaqəli olması alimləri burda da dinozavr qalıqlarının aşkarlaması fikri irəli sürməyə vadar edirdi. 1980–1990 illərdə Antartidanın sahil zolaqlarında buzdan azad olmuş ərazilərdə çoxlu sayda ot yeyən dinozavrların qalıqları aşkarlanır. Onların çoxu Təbaşir dövrünə aid olmudur. Burada kriolofozavrlarla yanaşı prozavropoda, yırtıcılardan koelopisis, pterozavr, sinapsida-tritolodonti aşkarlanmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://dinosauricon.com/genera/cryolophosaurus.html Arxivləşdirilib 2005-03-09 at the Wayback Machine
- http://www.isgs.uiuc.edu/dinos/de_4/5a65c88.htm Arxivləşdirilib 2005-04-10 at the Wayback Machine
- http://pubs.usgs.gov/publications/text/polar.html
- http://www.kansascity.com/mld/kansascity/news/nation/7875317.htm?1c
- http://www.palaeos.com/Vertebrates/Units/340Theropoda/340.200.html#Cryolophosaurus Arxivləşdirilib 2005-11-11 at the Wayback Machine