Qafqazın bu tərəfinin xəbəri (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Qafqazın bu tərəfinin xəbəri"
Redaktor P.İoseliani
Yaranma tarixi 1845
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 1846
Ünvan Tiflis

"Qafqazın bu tərəfinin xəbəri" (qəzet)— 1845-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan qəzet.[1][2][3]

Haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

"Zaqafqazski vestnik" qəzeti nəşr olunanda Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazski vestnik"in Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq üzü gördü.

Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini arxivdən aşkarlayaraq, foto-surətini mətbuatda çap etdirmişdir. Həmin foto-surətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1845-ci ildə nəşr edilmişdir.

Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar.[1][2][3]

Qəzetdə dərc olunan məqalələr

[redaktə | mənbəni redaktə et]

Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “hərgah mənzilbəmənzil gönədrilən məhbuslar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izin verildiyi bildirilir.[1]

Qəzetin ikinci və üçüncü səhifələrində girov qoyulmuş evlər, dükanlar haqqında, əmlakı müsadirə ediləcək adamlar haqqında məlumatlar, elanlar dərc olunmuşdur. Dör- düncü səhifədə malların qiyməti və xarici ölkələrə köçüb gedənlərin siyahısı verilmişdir.[1]

Bu materiallardan görünür ki, "Qafqazın bu tərəfinin xəbəri" rəsmi dövlət məlumatlarını verən, fərmanları, qərar və qanunnamələri yayan bir orqan idi.[1][3]

Mövzulardan göründüyü kimi "Qafqazın bu tərəfinin xəbəri" də çarizmin Qafqazda, məxsusi olaraq Azərbaycanda yeritdiyi siyasəti xalqa çatdırır, müstəmləkəçilik məqsədləri daşıyırdı. Qraf Paskeviçin maarif nazirinə göndərdiyi bir təliqədə qəzet-vərəqənin siyasi məzmunu aydın görsənir:

" Bu iş lazımlı məlumatı və mədəni xalqların fikirlərini əhali arasında yaymaqla burada çox yayılan yalanları və zərərli şayiələri aradan qaldırmağa imkan yaradacaq və bu nöqteyi-nəzərdən bizim üçün faydalı olacaqdır. "

Qəzetin nəşrinin dayandırılması

[redaktə | mənbəni redaktə et]

Dəqiq olmayan məlumata görə "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1846-cı ildə bağlanmışdır.[1][2][3]

  • "Zaqafqazski vestnik", 16 oktyabr, 1847, N-21
  • Zeynalov N. "Azərbaycan mətbuatı tarixi". I hissə. Bakı. 1973.
  • Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009-6-7 səh.
  1. 1 2 3 4 5 6 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-03.
  2. 1 2 3 "Niyaz Niftiyev, "Mətbuatda multikulturalizm", Bakı, 2017. səh.16" (PDF). 2020-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  3. 1 2 3 4 "Nizami Məmmədzadə, Mahmud Kamaloğlu, "Gürcüstanın azərbaycanlı jurnalistləri", Tiflis, 2015, 124 səh" (PDF). 2020-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]