40°22′17″ şm. e. 43°24′53″ ş. u.HGYO

Tekor kilsəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tekor kilsəsi
Տեկորի տաճար
Xəritə
40°22′17″ şm. e. 43°24′53″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Qars
Yerləşir Diqor
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi V-X əsrlər
Üslubu Erməni memarlığı
Vəziyyəti Türkiyə yerli icra orqanı tərəfindən tamamilə dağıdılıb.
Tekor kilsəsi (Türkiyə)
Tekor kilsəsi
Kilsənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tekor kilsəsi (həmçinin Müqəddəs Sarkis kilsəsi, Müqəddəs Təslis kilsəsi) - Türkiyə Cümhuriyyəti, Qars ilinin Ani şəhər xarabalığı yaxınlığında yerləşən Digor kəndi ərazisində V əsrdə aid edilən qədim bazilika.

Kilsə, 1912-ci ilə kimi ilkin görünüşünü qoruya bilsə də, həmin il baş verən zəlzələ nəticəsində böyük bir hissəsi dağılaraq məhv olmuşdur. O dövrdə kilsənin qübbəsi, damı və Cənub divarı çökmüşdür. 1936 - cı ildə baş verən başqa bir zəlzələ isə binanın yrdə qalan hissəsinin dağılması ilə nəticələnmişdir. Dövrümüzə isə abidədən yalınız bəzi divar qalıntıları çatmışdır.

Kilsənin Şimal girişi üzərindəki kitabədə binadan "Müqəddəs Sarkisin bu şəhidliyi" deyə bəhs edilməsi və şahzadə Sahak Kamsarakan tərəfindən inşa etdrilməsi məlumdur. Bu şahzadənin adnın çəilməsi binanın inşa tarixini 480-ci ilə qədər aparıb çıxarır. Kilsənin kitabəsi tarixdə məlum olan ən qədim erməni dilində olan yazı olub və anlaşılmaz bir şəkildə aşağıdan yuxarı yazılmışdır.

Bina həmçinin bilinən ən qədim qübbəli erməni kilsəsidir. İlk öncə tədqiqatçılar binanın xristianlıqdan əvvəlki paqan dinlərə aid bir məbəd olduğunu, sonra isə apsis və qübbə əlavə edilərə kilsəyə çevrildiyini iddia edirdilər. Hətta bəzi alimlər bu əlavələri yeddinci əsrə əlavə edir və binanın son görünüşünü bu dövrdə qazandığını düşünürdülər. Lakin sonrakı araşdırmaçılar kilsənin düzbucaqlı quruluş içində xaçvari düzənləmə şəklində planlaşdırıldığını bildirdilər.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Binanın qübbəsi dörd filayağı sütun üzərində yüksəldilmişdi və qəribə bir planlaması vardı. Həmçinin künc kəmərləri olmamışdır və qübbəyə dayaq əmələ gətirən alt hissə dörd pəncərəylə deşilmiş piramida şəklində imiş.

Kilsənin ilk olaraq dör giriş var imiş - Cənub və Qərbdə bir, Şimalda isə iki. Daha sonrakı dövrdə isə bir Qərb və bir Şimal girişi saxlanılaraq digər girişlər qapadılmışdır. Bu qapılar at nalı şəklində kəmərlərin üstündə durduğu iki basdırılmış sütunla əhatələnmişdir. Bu sütunların küt başı oyma yarpaq naxışları ilə bəzədilmişdir.

Kilsənin böyük kilsələri daha sonrakı dövrdə kiçildilmişdir. Bir çoxları binada bu dəyişiklərin Baqratilərin hakimiyyəti dövründə baş verdiyini iddia edirlər.

Apsisin hər iki tərəfində uzun otaqlar vardır. Bu otaqların divarları, bu dövrün ilk erməni kilsələrində də rastlanan şəkildə Cənub və Şimal cəbhələrindən bayıra doğru genişlənir. Kilsənin Şimal - Şərq tərəfində binanın divarın bayır hissəsində yonulmuş, böyük ehtimalla vaftiz mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan bir yarımdairəvi niş də vardır.