Troya müharibəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Troya müharibəsi

Tarixi E. ə. 1193- 1183
Yeri Kiçik Asiyanın qərb hissəsi
Nəticəsi Troyanın süqutu
Münaqişə tərəfləri
Yunanlar
Mikenlər
İtaka
Sparta
Troyalılar
Komandanlar
Aqamemnon
Menelay
Axilles
Odissey
Böyük Ayaks
Priam
Hektor
Paris

Troya müharibəsi — E.ə 1193–1183-cü illərdə Kiçik Asiyanın qərb sahillərində baş vermişdir. Yunan mifologiyasına əsasən hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Mifologiyaya görə Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donamna ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir. Troya şəhərində vətəndaş müharibəsi zamanı afinalılar tryolalıları məğlub etmiş və onları özlərinə tam tabe etmək üçün torpaqlarını duzlamışdır. Bununla da şəhərdə aclıq səfalət hökm sürmüşdür.

Bir çox epik şairlər bu müharibəni əsərlərində əks etdirmişdirlər. E.ə. VIII əsrdə Homer özünün dahi "İliada" əsərində Troya müharibəsini geniş və məzmunlu tərənnüm etmişdir. Hələ yüz il bundan qabaq yunan mifologiyasının bir parçası olan Troya müharibəsi və ya Troya şəhəri xalis fantaziya məhsulu sayılsa da 1871-ci ildə arxeoloji möcüzə baş verir. Arxeoloq Henrix Şliman indiki Türkiyənin Hisarlıq bölgəsində qazıntılar apararaq Troya qalıqlarını aşkar etmişdir.

Peley və Fetidanın toyu

[redaktə | mənbəni redaktə et]
Parisin seçimi

Zevsin oğlu Egin çarı Eakın Pelin, Telamon və Fok adlı üç oğlu varmış. Fok Eakın nereida Psamafayadan olan oğlu idi. Fokun daha fərasətli olması digər qardaşları ona qarşı qısqanc etmişdir. Buna görə də onlar Foku öldürərək cəsədini meşədə gizlədirlər. Üstü açıldıqdan sonra Eak hər iki oğlunu — qardaş qatillərini Eginadan qovur. Bu minvalla qardaşlardan Telamon Salaminə və Peley isə Fitiyaya gələrək çar olur. Peley ölməz olmasa da ona ilahə nereid Fetida ilə evlənmək nəsib olur. Rəvayətə görə bundan hələ öncə ZevsPoseydon Fetida üstündə bir-birilərindən küsmüş idilər. Lakin Fetidanın onlara bir sir açaraq, onun yalnız atasının gücünə malik oğlan uşağı dünyaya gətirəcəyini deyir. Öz səltənətlərini itirə biləcəklərindən ehtiyat edən tanrılar Fetidanı ölməz olmayana ərə verməyi qərara alırlar. Bu şərəfə isə Fessalidə ən çox tanrılardan qorxan Peley layiq görülür. Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması, onu əldə etmək üçün Hera, Afina (mifologiya)Afrodita arsında qızğın mübahisəyə səbəb olur. Bunu görən Zevs Hermesə ilahələri İdaya aparmağı bir çobanın seçimi ilə gözəllər gözəlini təyin etməyi tapşırır. Bu arada çar Priamın oğlu Paris (mifologiya) sürü otararkən ilahələri görcək qorxuya düşür. Hermes Zevsin tapşırığını ona bildirir. Hera əgər onu seçərsə Parisi həm Avropa həm də Asiyanın çarı edəcəyini, Afina onu məğlubedilməz döyüşçü edəcəyini, Afrodita isə ona dünyanın ən gözəl qadınını — Elenanı verəcəyini vəd edir. Paris almanı Afroditaya verməyi qərara almaqla Troya müharibəsinə doğru ilk addımı atmış olur.

Yelenanın qaçırılması

Rəvayətə görə Plevrona çarının qızı Leda Evrota çayında yuyunarkən onun qucağına qartal təqibindən qaçan qu quşu pənah gətirir. Qu quşu cildinə girərək Zevs Ledanın könlünü almağa nail olur. Bu hadisədən sonra Ledanın Yelena adlı gözəllər gözəli bir qızı və əkiz qardaşlar: Kastora və Polidevka dünyaya gəlmiş olurlar. YelenaKastor Zevsdən dünyaya gəldikləri üçün ölməz olurlar, Polidevk isə Ledanın Tindareyadan olan oğlu olduğu üçün ölməz olmur. Yelena on doqquz yaşına çatdıqda Tesey onu oğurlayaraq Afidn qalasında saxlayır. Lakin ağır mübarizədən sonra qardaşları Kastor və Polidevk onu azad edirlər. Bu hadisədən sonra Tindarey onu ərə verməyi qərara alır. Qıza elçilik edənlərin sayı hesabı olmur. Tindarey qıza evlənmək istəyənlər arasında belə bir şərt qoyur. Kimə qismət olmasından asılı olmayaraq heç kim onu ərindən oğurlamağa cürət etməməlidir. Əgər bu baş verərsə yerdə qalanlar qaçırana qarşı birgə vuruşmalıdırlar. Yelena ərə getmək üçün Atreyanın oğlu və Aqamemnonun qardaşı Menelayı seçir. Toydan doqquz il keçdikdən sonra Paris Afroditanın göstərişilə Spartaya gəlir. Doqquz günlük qonaq qəbulundan sonra Menelay onuncu gün Kritə ana tərəfdən olan babasının dəfninə gedir. Vəziyyətdən istifadə edən Afrodita Yelenanı ofsunlayaraq Parisin qucağına atmış olur. Gecə ikən Parislə gəmiyə minərək çar sarayını və doğma qızını tərk edir.

Müharibəyə hazırlıq

[redaktə | mənbəni redaktə et]

Yelenanın qaçmasından sonra Spartaya geri dönən Menelay onu haqlamış rüsvayçılığı görüb dərhal Mikenaya qardaşı Aqanemnonun yanına gələrək kəsilmiş şərt əsasında ona kömək etməyi xahiş edir. Aqnemnon hər tərəfə carçılar göndərərək onları hərbi yürüşə hazır olmağa çağırır. Bu çağrılanların içərisində OdisseyAxilles də vardir. Axilles Peleya və Fetidanın sevimli oğlu idi. Fetida ölməz etmək üçün ərindən gizlin gecələr Axillesi odda saxlayarmış. Bir dəfə təsadüfən bunu görən Peley dərhal uşağı fetidanın əlindən alaraq bu məqsədin qarşısını almış olur. Bundan acığa düşən nereida Fetida dənizin dibinə atasının yanına çəkilmiş olur. Peley Axillesin tərbiyəsilə məşğul olmağı kentavr Xirona tapşırır. Xiron ona döyüşməyi, at sürməyi musiqini və təbibliyi öyrədir. Nəhayət axeyalı qoşunlarının toplanış yeri Beotindəki Avlida təyin edilir.

Troyaya qarşı yürüşdə iştirak edən yunanlar Homerin dilindən axeylər, argivlər eləcə də danaylar adlandırılır. Coxsaylı qoşuna malik olduğuna görə tam orduya rəhbərlik və komandanlığı Atreyanın oğlu Aqamemnon edir. Aqamenon Yelenanın bacısı Klimestraya evlənərək qaynatası Tindareyanın hesabına Miken taxtına oturur. Onunsəltənətinə Arqos və çoxlu adalar daxil idi.

Aqamenonun kiçik qardaşı Menelay isə Sparta çarı idi. Yelenadan dünyaya gələn qızı Germiondan başqa onun kənizdən Meqapenf adlı oğlu da olmuşdur. İliadada Menelay sarışın, enlikürək, azdanışan, təcrübəli və həddən ziyadə həlim qəlbli təsvir edilir. Alicənab İtaka çarı Odissey öz dərrakəsi və hazırcavablığı ilə müharibədə bir çox çətinliklərdən məharətlə çıxması ilə seçilir.

Digər qəhəmanlara böyükkiçik Ayakslar aiddirlər. Əsərdə Böyük Ayaksın qalxanı bir qalaya bərabər tutulur. Axeyləri içərisində ən yaraşıqlısı və cəsuru Axilles sayılır. Peley öz oğluna ona tanrılar tərəfindən toy günündə hədiyə etdikləri dəbilqə, zireh və qalxanı, və Xironun ona verdiyi çox ağır olan nizəni bağışlamışdır. Axilles bu müharibədə atası Peleyin küləkdən sürətli ölməz atları Ksanfa və Baliy ilə iştirak edirdi. Bu yürüşdə onu ayrılmaz dostu Menetiyanın oğlu Patrokl müşaiyyət edir.

Ayakslar bu döyüşdə əsas fiqurlardan sayılırlar. Onlardan biri Peleyin qardaşı oğlu Salaminli Ayaksdır ki, ona "Böyük" ya "Nəhəng" ləqəbi verilmişdir. Onunqalxanı bir qala qülləsini xatırladırmış. Onu özündən başqa heç kim qaldıra bilmirmiş. Onun qardaşlığı Telamonun Laomedatonun qızı Hesionadan olan oğlu Tevkr gözəl oxatan idi. İkinci Ayaks isə Lokr tayfasından olub, şərqi Lokridli Oileyanın oğlu idi. Hər iki Ayaks birlikdə döyüşərmişlər. Bu müharibədə Axeylərin ordusunda daha başqa igidlər: Tideyanın oğlu qorxmaz Diomend, Minosun nəvəsi, Devkalionun oğlu İdomeney, Asklepin oğlanları Podaliriy və Maxon, Admetin oğlu Evmel, Pirifoyun oğlu Polipet, Heraklın oğlu Tlepolem, Tesey və Fedranın oğlanları Akamant və Demofont da iştirak edirdilər.

"İliada" axeylərin rəqiblərini troyalılar və dardanlar adlandırır. Troya çarı müdrik və alicənab Laomedontun oğlu Priam idi. Onun həyat yoldaşı on doqquz oğul anası Hekuba Friqiya hökumdarı Dimantanın qızı idi. Priam digər arvadlarından daha otuz bir oğula və on doqquz qıza malik idi. Onun böyük oğlu Hektor nümunəvi, cəsur və xilaskar bir döyüşçü idi. Düşmənlər ondan bərk qorxar, silahdaşları isə onun cəsurluğunu, vətənpərvərliyini və gözəl ailə başçısı olmasını yüksək qiymətləndirərmişlər. Onun sevimli həyat yoldaşı Eetion çarının qızı Andromaxidən Astianakt adlı bir oğlu dünyaya gəlmişdir.

Mifologiyaya görə Priamın digər oğlu Paris hələ Hekubanın bətnində olarkən ona yuxusunda agah olur ki, o, Troyaya od vurub yandıran qanlı bir baş doğmuşdur. Priamın nikahdan kənar dünyaya gəlmiş və yuxuları yozmaq qabiliyyətə malik olan oğlu Esak doğulacaq uşağı öldürməyi məsləhət görür. Əks təqdirdə Troyanın sonuna az qaldığını soyləyir. Bir qula uşağı öldürməyi tapşırsalar da o, uşağa rəhm edib onu İdanın yamacınaataraq geri dönür. Burada uşağı Priamın çobanı taparaq onu böyüdür. daha sonralar Paris aşkarlanaraq ailəsinə geri qəbul olunur. "İliadada" Paris qadınları valeh olduğu gözəlliyə malik və cazibədar olmaqla yanaşı lovğa və qorxaq təsvir edilir.

"İliadada" digər Troya qəhrəmanlarından Anxizin oğlu Eney və ilahə Afrodita, Antenor, Priamın daha iki oğlu: Aqenor və Akamant, Troya ağsaqqalı Panfoy və onun oğlanları: Hiperenor, Evforb və Hektorun dostu və məsləhətçisi Polidamant təsvir edilir. Bu qəddar müharibədə troyalılar tərəfdən ölkənin dörd bir tərəfindən öz drujinaları ilə gəlmiş müttəfiqlər: Likiyin zəngin çarı Sarpedon, Sarpedon bəzi mənbələrdə Zevsin ya Avropadan ya da Laodamindən olan üç ömür yaşamağa qadir olan oğlu kimi onun yaxın silahdaşı isə Qlavk göstərilir.

Priamın gözəl qızı Kassandraya Apollon vurulur. Kassandra Apollona ona ilahilik qüvvəsi verəcəyi təqdirdə müsbət cavab alacağını söyləyir. Apollondan istədiyini alsa da Kassandra vədinə əməl etmir. Aldandığını görən Apollon verdiyini geri ala bilmədiyindən Kassandranı nəhlətləyir və elə edir ki, heç kim düz olmağına baxmayaraq Kassandranın peyğənbərliyinə inanmır.

Müharibənin başlanması

[redaktə | mənbəni redaktə et]
İfigeniyanın qurban verilməsi

Hansı istiqamətdə Troyanın yerləşdiyini bilməyən axeylilər səhvən Misiy sahillərinə çıxırlar. Burada onların qarşısını Heraklın oğlu Misiy çarı Telef öz qoşunları ilə kəsərək onları geri qaçmağa məcbur edir. Bu döyüşdə Telef Axillesin nizəsindən sağalmaz yara alır. Baxıcı onun yarasını yalnız onu yaralayan sağalda biləcəyini söyləyir. Telef yarasının sağalması müqabilində Troyanın yolunu axeylilərə göstərir.

Uzun səfərdən sonra Axeylilər Troadaya çatırlar. Baxıcıların kim Troya torpağına ilk qədəm qoysa nəsibi ölüm olacaq deməsindən sonra heç kim sahilə çıxmağa cürət etmir. Protiselay troya torpağına ilk qədəm basmış, çoxlu troyalı öldürmüş axiyalı olmuşdur. Tezliklə Protiselay Hektorun nizəsinin qurbanına çevrilir. O dünyada əzab çəkən Protiselay Aidi üç saatlıq həyat yoldaşına baş çəkmək üçün yer üzünə qayıtmasına razı salır. Vaxt bitdikdən sonra Protiselay həyat yoldaşından onunla getməsini təklif etdikdə o, dərhal heç bir söz demədən Protiselayın xəncəri ilə özünü öldürür. Beləliklə də müharibə başlanmış olur.

İfigeniyanın qurban verilməsi

[redaktə | mənbəni redaktə et]

Bütün gəmilər Troyaya istiqamət alamaq üçün Avliddə toplaşırlar. Lakin külək olmadığından dənizə çıxa bilmirlər. Bunu Artemidanın xallı maralını Aqamemnon öldürdüyü üçün onon qəzəbinə gəldiklərini izah edən kahin Kalxas Aqamemnonun böyük qızı İfigeniyanın qurban verilməsini çıxış yolu kimi göstərir. Aqamemnon etiraz etsə də ordunun itaətsizliyindən qorxaraq Odisseyin tədbirinə əsasən guya Axilles İfigeniyaya evlənirmiş adı altında qızını Alvidə gətizdirir. Bu müddətdə qurbanvermə mərasim üçün bütün hazırlıqlar görülür. Məsələdən xəbər tutan İfigeniya ümumi işin xeyrinə özünü qurban verməyə razı olur. Bu an Artemida İfigeniyanı dərhal qoynuna alaraq uzaq Tavridə (indiki Krım yarımadası) aparır. Kalxasın bıçağının altında can verən isə xallı maral olur. Bu hadisədən sonra külək əsməyə başlayır və yunanlar Troyaya istiqamət götürürlər.

Axeylilər ənənələri üzrə növbəti qurban vermə mərasimi keçirərkən qan kimi qırmızı bir ilan peyda olaraq yaxınlıqdakı sərçə yuvasındakı 8 quş balasını axırda isə ana sərçəni udur. Zevs onu dərhal daşa çevirir. Bunun mənasını açan Kalxas Troyanın mühasirəsinin doqquz il çəkəcəyini və sonunda nəhəng şəhərin alınacağını soyləyir.

Axillesın qəzəbi

[redaktə | mənbəni redaktə et]

Axeylilərin doqquz il Troyaya həmlələri heç bir nəticə vermədi. Mühasirənin onuncu ili Apollonun kahini Xris axeylərin Fiva üzərinə yürüşü zamanı əsir alınmış qızı Xriseidanı azad edəcəkləri müqabilində böyük miqdarda dəfinə verəcəyini vəd edir. Bütün axeylər qızın atasına qaytarılmasına razı olsalar da Aqamemnon razılıq verməyərək qocanı kobudluqla qovur. Bundan hiddətlənən Apollon axeyliləri nəhlətləyərək, öz oxu ilə onlara həmlələr edir. Müdaxilənin doqquzuncu günü Kalxant qoşunu inandırır ki, Apollonun həmlələrindən qurtarmağın yolu Xriseidanı qaytarmaqdır. Aqomemnon Axillesin Briseidanı ona verəcəyi təqdirdə Xriseidanı qaytaracağını bildirir. Axilles Briseidanı qaytararır. Lakin bunu özünə qarşı təhqir sayaraq düyüşdə iştirak etməkdən imtina edir. Axillesin dəstəyini itirən axeylilər məğlubiyyətə uğramağa başlayırlar. Troya müharibəsində troyalıların qələbə çalmasını istəyən Zevs, onun göstərişi ilə Onir Nestor cildində Aqamemnonun yuxusuna girərək döyüşü başlayacağı təqdirdə yunanların qələbə çalacağını deyərək, onu aldatmış olur. Beləliklə qoşunlar qarşı-qarşıya gəlirlər. Qərara alınır ki, ParisMenaley qarşıdurmasında kim qalib çıxarsa Yelena da ona qalacaqdır. Menaleyin Parisi yerə sərdiyini görən Afrodita dərhal arya girərək Parisi aradan qaçırdaraq saraya aparır. Eyni zamanda Afrodita oxçu Pandara Menelayı öldürməyi tapşırır. Nəticədə hər iki qoşun mübarizə meydanına atılır. Lakin yenə də bir nəticə əldə edilmir. Parisdən seçiminə görə qisas almaq üçün HeraAfinanın yerə enərək axeylilərə yardım etmələrini görcək öz ildrımları ilə həmlələr etməyə başlayır. Bu mübarızədə Troyalılara yardıma gəlmiş Frakiya çarı Res öldürülür.

Patroklun ölümü

[redaktə | mənbəni redaktə et]

Döyüşün sonrası günü Aqamemnon, Odissey və Diomed yaralı olduqlarından troyalılar üstünlüyü ələ keçirib axeylilərin gəmilərinə həmlələr etməyə başlayırlar. Hera Zevsin qələbəni troyalılara hədiyə etməsi ilə razılaşmayıb hadisələrə müdaxilə etməyə qərar verir. Zevsin könlünü almaq üçün Afroditanın təmtəraqlı libasında onun hüzuruna gələrək nəhayət onu öz qoynuna salmağa müvəffəq olur. Zevsi yuxuya verdikdən sonra, Heranın göstərişilə Hipnos Poseydona xəbər çatdırır ki, axeylərə kömək etsin. Bu zaman Ayaksın atdığı nəhəng qaya parçası Hektoru yaralamış olur. Silahdaşları onu çətinliklə xilas edə bilirlər. Tanrı Zevs ayıldıqda arzuolunmaz halla rastlaşır. Heranın vəziyyətdən xəbəri olmadığını söyləsə də Zevs onu geriyə Olimpə göndərir və Poseydona dərhal Troya sahillərini tərk etməyi tapşırır. Apollona Hektorun gücünü özünə qaytarmağı tapşırır. qüvvə toplamış Hektor yenidən döyüşə atılır. Patrokl Axillesdən döyüşə qatılmaq üçün izin istəyir. Axilles ona troyalıların hücumu dəf edilənə qədər döyüşdə iştirakına izin verir. Patrokolun cəsurluqla döyüşü, Axillesin döyüşə qayıtdığı təsəvvürü yaradaraq troyalıları geri çəkilməyə məcbur edir. Bundan coşan Troya daxilinə soxulmağa çalışan Patrokla Apollonun onun kürəyinə endirmiş zərbə mane olur. Zərbədən özünə gəlməmiş Evforbun nizəsinə tuş gəlir və Hektor ona ölümcül zərbəsini endirmiş olur. Dəbilqənin altında Axillesin olmadığını duyaraq pərt olur. Patroklun ölüm xəbəri Axillesi hədsiz sarsitmış olur.

Hektor və Axilles

[redaktə | mənbəni redaktə et]

Anası Fetidanın Axillesə taleyinə Moyralar tərəfindən Hektordan sonra ölüm yazdıqlarını deməsinə baxmayaraq Partoklun qisasını almaq qərarına gəlir və vuruşmaq üçün axeylərə qoşulduğunu bildirir. Qaşısına çıxan bütün troyalıları amansızcasına qılıncdan keçirir. Troyalılar geri çəkilərək şəhər divarları daxilində qərar tuturlar. Meydanda təklənən Hektor boynundan Axillesin nizəsindən ölümcül yara alır. Sonra Axilles qəddarlıqla onu cəsədini ayağından döyüş arabasına bağlayaraq meydan boyu sürüyərək axeylilərin ayaqlarına atır. Beləliklə qisasını almış Axilles dostu Patrokolu yandıraraq dəfn mərasimini keçırmiş olur.

Axillesın ölümü

[redaktə | mənbəni redaktə et]

Troyalılar TifonEosun oğlu cəsur epiop çarı Memnonun köməyə gəlməsindən ruhlanaraq axeylilərə hücuma keçirlər. Memnon Axillesin silahdaşı Antiloxu öldürür. Axilles əvəz çıxmaq üçün Memnonla qarşılaşır. Fetida və Eos olimpə qalxaraq Zevsdən hər ikisinə rəhm etməyi yalvarırlar, lakin Moyralar Memnonun ölüm qərarını vermiş olurlar. Memnonu öldürdükdənsonra qaçan troyalıları təqib edən Axilles şəhərin qapısında Apollon tərəfindən durdurulur. Apollonun göstərişi ilə Paris onun dabanını nişan alaraq öldürmüş olur. Anası Fetida bacıları nereidalarmuzalarla birlikdə ağılar deyərək on yeddi gün tanrılarla birlikdə ağlaşaraq ona yas tuturlar. On səkkizinci gün cəsədi oda verirlər.

Troya müharibəsinə aid heykəllər, Qliptotek (Münhen)
Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları - "eginetlər"
Rəngli oxçu heykəl- Troya şahzadəsi Paris
Troya şahzadəsi Paris

Troyanın süqutu

[redaktə | mənbəni redaktə et]

Bir səhər troyalılar gözlərinə inanmırlar. Onlar şəhər divarının xaricində nəhəng bir at görürlər. Onun tanrıların Troyaya ərməğanı olduğunu başa düşərək şəhərə aparmaq üçün divarın bir hissəsini sökərək Priyamın sarayının önünə sürüyürlər. Troyalıları agah etmək üçün Kassandra atın içində axeylərin gizləndiyini desə də heç kəs ona inanmır. Apollonun kahini Laokoont troyalıları başları uzərini kəsmiş bədbəxlikdən xəbərdar etmək üçün nizə ilə ata həmlə dir. Bu zaman Poseydonun göndərmiş olduğu nəhəng bir ilan dənizdən çıxaraq Laokoontu və onun iki oğlundan birinin canını almış olur. Troyalılar ilahə Afinaya xitab olunmuş ata vurduğu zərbəsinə görə Laokoontun cəzasını aldığını zənn edərək, bu "xilaskar ərməğanın" ətrafında şənlik edirlər. Gecə şəhər yuxulayarkən dənizdən aldıqları siqnalı görcək axeylilər Troya atını tərk edərək şəhərin qapılarını geri dönən qoşunun üzünə açırlar. Beləliklə nəhəng alınmaz Troya hiylənin qurbanına çevrilir və süqut edir.

Qəhrəmanlar geri dönür

[redaktə | mənbəni redaktə et]

Aqamemnonun öldürülməsi

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]