Xarrat Qulu
Xarrat Qulu | |
---|---|
Doğum adı | Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə |
Təxəllüsü | Yusifi |
Doğum tarixi | 1823 |
Doğum yeri | |
Vəfat tarixi | 1883 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, musiqişünas |
Üzvlüyü |
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi)[1] və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur.[2] Əsl sənəti xarratlıq olmuşdur.[1]
Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi.[2]
Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir.[3]
Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Onun ölümündən sonra Kor Xəlifə onun yolunu davam etdirərək Şuşada musiqi məktəbi açmışdır. Kor Xəlifənin ölümündən sonra isə məktəb öz fəaliyyətini dayandırmışdır.[2] Sonra isə bu Şuşada musiqi tədrisidini Molla İbrahim davam etdirmişdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Фиридун бәј Көчәрли. Азәрбајҹан әдәбијјаты : [ики ҹилддә]. II ҹилд. Бакы: Елм. 1981. С. 130–132.
- ↑ 1 2 3 Фиридун Шушински. Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 13–17.
- ↑ Xarrat Qulunun məktəbi // Muğam ensiklopediyası. Bakı. 2008. S. 91.
- ↑ Харратгулу школа // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 234.