Tənhalıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bəzilərində tənhalıq - xəstənin qaçışı, digərlərində isə xəstələrdən qaçışdır. Fridrix Nitsşe
- Biz dərman vasitəsilə xəstəlikdən xilas oluruq, lakin tənhalığın, ümidsizliyin və çarəsizliyin yeganə dərmanı sevgidir. Dünyada aclıqdan ölən çox insan var, lakin sevginin yoxluğundan ölən daha çox insan var. Tereza Ana
- Bizim cəmiyyət - xroniki bədbəxt olan insanlardan ibarətdir. Onlar tənhalıqdan, qorxulardan əzab çəkir, özlərini asılı və alçaldılmış hiss edir, dağıdıcılığa meyllidir, qazandığı zamanı "öldürə bildiyi üçün" məmnunluq duyur. Erix Fromm
- Bizim doğulduğumuz cəmiyyət eqoizm üzərində qurulub. Biz tənhalıq cəmiyyətində yaşayırıq. Frederik Beqbeder
- Böyük insanlar nadirən tənhalıqda üzə çıxır. Viktor Hüqo
D
[redaktə]- Dahilər təkcə dözülməz deyillər, həm də əxlaqsız və zalımdırlar, onlar üçün dost tapmaq çətindir. Fikir ənginliyində tənhalıq hökm sürür. Artur Şopenhauer
E
[redaktə]- Elə təhnalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən və yırğalan ki, yırğalan… Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır. Elə tənhalıq da var ki, o səni kənardan zəbt edir. Onu sakitləşdirmək olmur. O çox canlı və azad olur, istədiyini edir. O yayılıb çoxalır, bütün ətrafını bürüyür, belədə sanki öz addım sıslərini kənardan eşidirsən. Toni Morrison
Ə
[redaktə]- Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. Qautama Budda
- Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin. Anton Çexov
- Ən dəhşətli tənhalıq - dostlarsız qalmaqdır. Frensis Bekon
G
[redaktə]- Gəzərki adam, əgər özündən yaxşısına, ya da heç olmasa özün kimisinə rast gəlmədinsə, çəkil öz tənhalığına: axmaqlarla səninki tutmaz. Dhammapada
- Gün gələr və insan anlar ki, yaşadığı hər şey yalandır. Arxada unuda bilmədiyi bir eşq və qəbul edə bilmədiyi bir tənhalıq qalar. Çingiz Aytmatov
H
[redaktə]- Həqiqi dostu olmamaq tənhalığın ən pisidir. Frensis Bekon
- Hər bir insan uşaqlıqdan tək qalmağa öyrənməlidir. Bu, tənhalıq deyil. Bu, özünlə darıxmamaqdır. Andrey Tarkovski
- Hərdən tənhalığa çəkiləndə mən, Dünya darıxırmı mənsiz görəsən?! Əbu Turxan
İ
[redaktə]- İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək... Jül Vern
K
[redaktə]- Kədərlər tənhalıqda daha da böyüyür: bir milçək sanki bir canavar olur. Jan Jak Russo
- Kim sevərək sevilmirsə, dəhşətli tənhalıq hiss edir. Dante Aliqyeri
- Kütlə arasındakı tənhalıqdan qorxunc tənhalıq yoxdur. Edqar Allan Po
Q
[redaktə]- Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir. Ərəb atalar sözləri
M
[redaktə]- Mən tənhalıqda məyusluq yox, sakitlik axtarıram. Edqar Allan Po
- Mən tənhalığı sevmirəm. Sadəcə olaraq yersiz tanışlıqlara yol vermirəm… Yersiz olaraq bu insanlara görə məyus olmamaq üçün. Haruki Murakami
Ö
[redaktə]- Özümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir. Çarli Çaplin
P
[redaktə]- Pişiyi olan tənhalıqdan qorxmaya bilər. Daniel Defo
S
[redaktə]- Sən gəncsən və nikah haqqında, uşaq barəsində düşünürsən. Ancaq mənə cavab ver: uşaq istəməyə sənin haqqın varmı?... Sən özünə qalib gəlmisənmi, hissiyyatlarına hakimsənmi, fəzilətlərinin ağasısanmı?.. Yoxsa, sənin arzun heyvani hissiyyatdan və təbiət tələbkarlığından irəli gəlir? Yaxud tənhalıqdan və ya özündən razı olmamağından? Fridrix Nitsşe
- Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm... Rabindranat Taqor
T
[redaktə]- Təbiət tənhalığı sevmir. Mark Tulli Siseron
- Tənhalıq dərdi diş ağrısı kimidir. Kürd atalar sözləri
- Tənhalıq dərrakə üçün təhlükə yaradır, həmçinin məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumatı inanclarla yaşayır və çox güman ki, havalanmış adamdır.[1] Samuel Conson
- Tənhalıq əsrin ən böyük faciəsidir. Əli Şəriəti
- Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır. Varlığımdan kənar varlığımsan mənim. Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur. Xudu Məmmədov
- Tənhalıq insanı xüdbin və bədbəxt edir. Robert Şerif
- Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. Fəridəddin Əttar
- Tənhalıq odur ki, evdə telefon ola-ola “budilnik” zəng çalır. Faina Ranevskaya
- Tənhalıq və heç kimə lazım olmadığın hissi – yoxsulluğun ən dəhşətli növüdür. Tereza Ana
- Tənhalıq və qaranlıq məni dəyər verdiyim hər bir şeydən məhrum etdilər. Ziqmund Freyd
- Tənhalıq yalnız haqq-təalanı göylərə qaldırır. Rəşad Nuri Güntəkin
- Tənhalıqda ağıl daha kəskin olur. Düşünmək və icad etmək üçün böyük bir laboratoriyaya ehtiyac yoxdur. İdeyalar xarici şərtlərin ağıla təsir göstərməməsi şəraitində yaranır. İxtiraçılığın sirri tənhalıqdadır. İdeyalar tənhalıqda yaranır. Nikola Tesla
- Tənhalıqda xarakterdən başqa hər şey əldə edə bilərsiniz. Stendal
- Tənhalığa tab gətirmək və ondan zövq almaq böyük vergidir. Corc Bernard Şou
- Tənhalığı böyük şəhərlərdə axtarmaq lazımdır. Rene Dekart
- Tənhalığı sevməyən azadlığı sevmir və yaxud yalnız tənhalıqda azad olmaq olar. Artur Şopenhauer
V
[redaktə]- Vicdanı təmiz olanlar adam arasına çıxmaqdan qorxmur, vicdanı ləkəlilər isə tənhalıq da qorxudur. Seneka
Y
[redaktə]- Yalançı tənhalığa çəkildikdən sonra qiymətli əsərlər yarada bilər. Yohann Volfqanq Göte
- Yaşlanmaq hər vaxt yanında müdriklik gətirmir. Bəzən də tənhalıq gətirir. İngilis atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.104