Vikipediya:Şikayət
Bu səhifə müəyyən dəyişikliklərdə və məsələlərdə yaşanan anlaşılmazlıqların digər istifadəçilərin köməyi vasitəsilə həll edilməsi üçün istifadə olunur. Lütfən, müraciətlərinizdə arqumentlərinizi mütləq əsaslandırın, əks halda, niyyətinizin pis olduğu düşünülə bilər. Uzlaşmaya uyğun olmayan və ya Vikipediya qaydalarının ciddi pozuntusu olan hallarda inzibatçı səlahiyyətlərinin istifadəsi zəruri ola bilər. Vikipediyada əsas fəlsəfə bütün bu problemlərin uzlaşaraq həll edilməsidir. Həlli tapılmadığında digər istifadəçilərdən şərh bildirməsi istənilə bilər. Şərhlərinizi, lütfən, qısa və mövzuya yönəlik yazın. |
İnzibatçıların inzibatçı səlahiyyətlərini sui-istifadə etməsinə dair şikayətlər üçün inzibatçı şikayətləri səhifəsini istifadə edin. Köhnə şikayətlərə arxiv səhifəsindən baxa bilərsiniz. |
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması
Bu müzakirə Vikipediya:Kənd meydanı#Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması səhifəsindən köçürülmüşdür. Hörmətlə, Qədir (müzakirə) 17:33, 22 sentyabr 2024 (UTC)
Salam. Mən AzViki və AzVikinin istifadəçiləri üçün problem, hətta təhlükə yaradan bir istifadəçinin məsələsinə toxunmaq istəyirəm. Söhbət təbii ki, Crepusculum-dan gedir. Crepusculum-un son 2 il ərzindəki "fəaliyyətini", təəssüflər olsun ki, VP:BURADADEYİL ilə xarakterizə etmək olar və fəaliyyəti vikipediyaya, xüsusilə də, vikipediya istifadəçilərinə zərər vurur. İstifadəçinin sadəcə əvvəlki illərdəki yox, adicə son 1 ildə olan müzakirələrini və fəaliyyətini müşahidə edəndə görmək olar ki, Crepusculum-u artıq vikipediyada məqalələr yaratmaq, töhfələr vermək yox, öz şəxsi fikirlərini yeritmək, qərəz aparmaq daha çox maraqlandırır. Bunun üçün də müxtəlif üsullardan istifadə edir: istifadəçilərin şəxsi məlumatlarını açıqlamaqdan çəkinmir, mövqeyi ilə razılaşmayan istifadəçilərə görə qərəzli müzakirələr açır, fikirləri ilə üst-üstə düşməyən istifadəçilərə qarşı durduq yerə söz atır. Beləliklə, istifadəçi buranı döyüş meydanı kimi qəbul edir, hətta kənarda xeyir xalları qazanmağa çalışır. İstifadəçinin etiket, nəzakət qaydalarını pozması, şəxsi hücumlar etməsi, vikipediyanın əməkdaşlıq ruhuna zidd hərəkətlər etməsi Trust and Safety tərəfindən də təsdiqlənmişdi. Crepusculum-un son 1 il ərzindəki səbəb olduğu qərəzli və ya doğru olmayan bəzi fəaliyyətləri nəzərdən keçirək:
- Özü ilə bağlı keçirilmiş inzibatçı səsverməsində istifadəçi ona lehinə səs vermədi deyə bunla bağlı qərəzli müzakirə başlatması, hətta sırf bu səbəbdən istifadəçinin babası haqqında məqaləni SNS edib heyf çıxmağa çalışması (maraqların toqquşması).
- İnzibatçı statusunu itirdikdən sonra ancaq məqalələr redaktə etməklə məşğul olacağını deməsi, lakin qısa müddət sonra inzibatçı statusunun itirilməsində iştirak etmiş istifadəçidən heyif çıxmaq üçün qərəzli müzakirə başlatması, buranı döyüş meydanı kimi qəbul etməsi.
- İstifadəçilərlə kobud, nəzakətsiz formada danışması, bu səbəbdən istifadəçiləri daim narahat etməsi. Məsələn, burada və ya burada olduğu kimi.
- Səsvermələrdə istifadəçilərin səsini dəyişməsi üçün təzyiq etməsi, vikipediyadan kənarda səs ovçuluğu ilə məşğul olması, vikipediyadan kənarda istifadəçilərlə əlaqə saxlayaraq öz tərəfinə çəkməsi çalışması, öz maraqları ilə üst-üstə düşən istifadəçilərlə qruplaşması. Məsələn, bunun ən böyük nümunəsi son etimad səsverməsi idi.
- Vikipediyanın prinsiplərini yox, vikidən kənar əlaqələrini və öz mənafeyini nəzərə alaraq müzakirələrdə iştirak etməsi. Sərt formada silinsin dediyi məqaləni bir neçə gün sonra qalması üçün dəstəkləyə bilir. Ya da burada olduğu kimi.
- Açıqlanmış ödənişli redaktorluqla məşğul olan istifadəçilərə bu barədə dəfələrlə sözlə sataşması, buna görə onları narahat etməsi. Hətta bu barədə istifadəçiyə də xəbərdarlıq etmişdim.
- Vikipediyadan kənarda vikipediya və vikipediyçılarla bağlı həqiqəti əks etdirməyən, öz mənafeyini müdafiə edən müsahibələr verməsi. Onun bir saytda verdiyi "Şəhid məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA: Yalan danışırlar..." başlıqlı məqalə və ya başqa bir saytda verdiyi "Vikipediyada bürokratlıq uğrunda savaş: Azərbaycanca məqalələr silinir, təhdid göydə uçuşur - QALMAQALLI MÜSAHİBƏ" başlıqlı məqalə bunlara misal ola bilər (şəxsi adını açıqlamaq istəmirəm deyə linklərini atmıram)
"Bardağı taşıran son damla" isə məlum son hadisələr oldu. Crepusculum'un bu hadisələr zamanı vikipediyaçıları təhdid edən şəxsləri dəstəkləməsi, bunla bağlı Facebook-da post paylaşması (sonra silib), vikifəaliyyətə görə istifadəçilərin linç edilməsinə göz yumması şokedicidir. Çox böyük ehtimalla dəstəklədiyi şəxslərə linç edilən istifadəçilərlə bağlı müəyyən məlumatların ötürülməsində iştirak edib. Ən dəhşətlisi isə bu linç hərəkatını dəstəkləmiş, buna göz yummuş istifadəçinin tədbirində çərçivəsində Şərqi və Mərkəzi Avropa Görüşündə Azərbaycanca Vikipediyanı təmsil etməsidir. Hətta istifadəçinin CEE görüşü ilə bağlı etdiyi paylaşımların birinə vikipediyaçıları ağır formada təhqir və təhdid edən məlum bir şəxsin ürək atması dəhşətvericidir. Vikipediyaçıları göstərdikləri fəaliyyətə görə linç edən şəxslərin tərəfində olan istifadəçi AzVikini hansısa bir tədbirdə təmsil etməməlidir (istifadəçinin öz səhifəsində "QEYRİ-AKTİV" yazısı yerləşdirib fəaliyyətini dayandırdığını açıqladığı halda tədbirlərdə AzViki təmsil etməsi də anlaşılmazdır).
Yuxarıda qeyd etdiyim bütün nüansları nəzərə alaraq, istifadəçinin vikipediyanın prinsiplərinə və ruhuna zidd olan fəaliyyətinin qarşısını almaq üçün, təəssüflə, bu təklifi vermək məcburiyyətindəyəm: İstifadəçi qeyri-müəyyən müddətə bloklansın və bu barədə müzakirənin yekunlaşdırılması üçün 15 günlük vaxt təyin olunsun. Hörmətlə, --Şiroi Akuma 17:01, 22 sentyabr 2024 (UTC)
Təklifi dəstəkləyənlər
- Lehinə: Şiroi Akuma 17:01, 22 sentyabr 2024 (UTC)
- Lehinə: Bu istifadəçi, etdiklərinə rəğmən çox səhvini keçmişik, amma son etdikləri Vikipediyanın prinsiplərinə, ümumiyyətlə sağlam icma anlayışına zidd idi. Bundan başqa, mənim həyatıma təhlükə yaratmış olduğunu unutmayaq. --► Hörmətlə: SolaVirum 17:31, 22 sentyabr 2024 (UTC)
- Lehinə: Çox təəssüf ki, konstruktiv istifadəçi deyil. Adekvat arqumentlər gətirmir, xəbərdarlıqlara məhəl qoymur. Əhməd Qurbanov (müzakirə) 20:16, 22 sentyabr 2024 (UTC)
- Lehinə: İstifadəçinin müddətsiz bloklanmasının lehinəyəm. Bu qərarımın səbəblərini İstanbulda istifadəçi ilə şəxsən müzakirə etmişəm. Düşünürəm ki, görüş zamanı nə üçün bloka dəstək olduğumu, onun səbəblərini ətraflı şəkildə izah edə bilmişəm. Bu səbəbdən ümid edirəm ki, bu qərarım nə istifadəçi nə də icma üçün qərəz kimi qəbul olunmayacaq. Bir daha qeyd edirəm, təəssüf ki, istifadəçinin hərəkətlərinin Vikipediyanın qaydalarına və prinsiplərinə uyğun olmadığı qənaətinə gəldiyim üçün bu addımı dəstəkləyirəm. Bu qərar Vikipediya icması üçün faydalı olacaq. Hörmətlə, Patriot Kor (müzakirə) 22:01, 22 sentyabr 2024 (UTC)
- Lehinə: Təəssüflər olsun ki, istifadəçinin xətaları təsadüfi deyil və ardıcıllıqla davam edir. Tam əminəm ki, bloklanmayacağı təqdirdə bu səhvlər, kobudluqlar daha pis formada davam edəcək. Ona görə müddətsiz bloklanmağını dəstəkləyirəm.--Eminn (müzakirə) 05:31, 23 sentyabr 2024 (UTC)
- Lehinə: --Turkmen müzakirə 05:57, 23 sentyabr 2024 (UTC)
- Lehinə: Ümid edirəm şəxsin bloklanmağı onun kimi düşüncələrdə olan şəxslərə də dərs olar. --NurAy (müzakirə) 06:37, 23 sentyabr 2024 (UTC)
- Lehinə: Salam. Crepusculum istifadəçisinin fəaliyyəti ilə bağlı bu müzakirəni diqqətlə izlədikdən sonra mən də fikirlərimi bölüşmək istəyirəm. İlk növbədə qeyd etmək istəyirəm ki, Vikipediya icmasında hər kəsin əsas məqsədi ensiklopediyanın keyfiyyətli inkişafına və biliklərin obyektiv və tərəfsiz şəkildə yayımlanmasına xidmət etməkdir. Dəfələrlə dəstək olmuşam. Lakin təəssüflə qeyd etməliyəm ki, Crepusculum-un fəaliyyəti bu məqsədlərə xidmət etməkdən uzaqdır və ciddi narahatlıq doğurur.
- Son iki ildə Crepusculumun fəaliyyətini izlədikdə, onun Vikipediyanın əsas prinsipləri olan tərəfsizlik, nəzakət və əməkdaşlıq ruhundan kənar hərəkətlər etdiyini görmək mümkündür. Konkret olaraq, istifadəçinin şəxsi münaqişələrə daxil olması, qərəzli müzakirələr açması və hətta şəxsi məlumatların açıqlanması kimi davranışları olduqca təhlükəlidir. Bu, Vikipediya kimi açıq və əməkdaşlığa əsaslanan bir platforma üçün böyük bir təhlükədir və icma daxilində ciddi narahatlıq yaradır. Bəzi konkret nümunələrə diqqət yetirsək:
- Crepusculum-un digər istifadəçilərlə şəxsi münaqişələrə girməsi, sadəcə fərqli fikir bildirən istifadəçiləri qərəzli şəkildə müzakirələrə cəlb etməsi çox vaxt icmada gərginlik və narazılıq yaradır. Məsələn, öz lehinə səs verməyən istifadəçilər haqqında qərəzli müzakirələr açmaq və həmin şəxslərin fəaliyyətini şəxsi səbəblərlə əlaqələndirmək yolverilməzdir.
- İstifadəçinin şəxsi məlumatları açıqlaması və digər istifadəçiləri təhdid etməsi, Trust and Safety tərəfindən də təsdiqlənmiş bir qayda pozuntusudur. Bu davranış yalnız istifadəçilərin fərdi təhlükəsizliyini deyil, həm də Vikipediyada inam və etimad mühitini zədələyir.
- Crepusculum-un Vikipediyadan kənarda istifadəçilərlə əlaqə qurması, öz mövqeyini dəstəkləyən qruplaşmalar yaratmağa çalışması və şəxsi maraqlarını Vikipediyanın prinsiplərindən üstün tutması çox narahatverici məqamdır. Bu vəziyyət, icma daxilində həmrəylik və obyektivliyi zədələyir.
- Crepusculum-un Vikipediyadan kənar platformalarda Vikipediya və istifadəçiləri haqqında həqiqəti əks etdirməyən müsahibələr verməsi və şəxsi maraqlarını müdafiə edən açıqlamalar yayması, Vikipediyanın xarici imicinə də zərbə vurur. Onun müsahibələrində AzViki haqqında yanlış və qərəzli məlumatların yayılması Vikipediyadakı konstruktiv işə mənfi təsir göstərir.
- Bu sadaladığım nüanslar göstərir ki, Crepusculum-un fəaliyyəti təkcə Vikipediyanın daxili qaydalarını pozmur, həm də icmanın sağlam inkişafına maneə törədir. Xüsusilə son hadisələrdə Vikipediyaçıların linç edilməsini dəstəkləməsi və buna göz yumması çox təhlükəli bir yanaşmadır.
- Mən də hesab edirəm ki, Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması icmanın mənafeyinə uyğundur. Bu addımın atılması Vikipediya prinsiplərinin qorunması və icmanın gələcək inkişafı üçün vacibdir. Ümid edirəm ki, bu qərar icma daxilində həmrəyliyi bərpa edəcək və gələcəkdə belə hallar baş verməyəcək.--A.Aida88 (müzakirə) 06:44, 23 sentyabr 2024 (UTC)
- Son iki ildə Crepusculumun fəaliyyətini izlədikdə, onun Vikipediyanın əsas prinsipləri olan tərəfsizlik, nəzakət və əməkdaşlıq ruhundan kənar hərəkətlər etdiyini görmək mümkündür. Konkret olaraq, istifadəçinin şəxsi münaqişələrə daxil olması, qərəzli müzakirələr açması və hətta şəxsi məlumatların açıqlanması kimi davranışları olduqca təhlükəlidir. Bu, Vikipediya kimi açıq və əməkdaşlığa əsaslanan bir platforma üçün böyük bir təhlükədir və icma daxilində ciddi narahatlıq yaradır. Bəzi konkret nümunələrə diqqət yetirsək:
- 9. Lehinə: Artıq Crepusculum-un, yəni Baskervill-in neçənci dəfədir ki, vikipediyanın prinsiplərinə uyğun olmayan fəaliyyəti müzakirə olunur. Şəxsən mən artıq yorulmuşam, belə müzakirələrdən. Son baş verən hadisələr zamanı vikipediyaçılara hücum, təhqir və s. edənlərlə həmfikir olması onun vikipediyaçı kimi aramızdan getməsini labüd edir. --Araz Yaquboglu (müzakirə) 07:10, 23 sentyabr 2024 (UTC)
- 10. Lehinə: Baskervill, indiki adı ilə Crepusculum, artıq vikipediyaya töhfə verməkdən imtina edib. İnzibatçı statusunun alınmasına görə bəzi istifadəçilərdən (mən daxil) intiqam almağa çalışır. Bu artıq VP:DÖYÜŞMEYDANI zehniyyətidir və buna görə də ümumilikdə Vikimediadan uzaqlaşdırılmalıdır. Viki daxili müzakirələr açıb bu problemləri həll etməyə çalışmaq yerinə mediaya "Mən günahkar deyiləm" tipli açıqlamalar vermək, vikipediyaçıları hədələyən şəxslərə dəstək olmaq, həmin postlara like atmaq da şəxsin məqsədini bir daha bəlli edir. Nemoralis (müzakirə) 15:50, 23 sentyabr 2024 (UTC)
- 11. Lehinə: samral müzakirə 22:26, 24 sentyabr 2024 (UTC)
- 12. Lehinə: keçən müzakirədə fikirlərimi bildirmişəm. Qeyri-konstruktiv istifadəçidir. İndiyə qədər müddətsiz bloklanmamasını isə səhvlik kimi qiymətləndirirəm. — Toghrul R (m) 05:45, 25 sentyabr 2024 (UTC)
- 13. Lehinə: Hal hazırda istifadəçinin icmanın böyük hissəsi ilə münasibətlərini nəzərə alsaq onun Azvikidə fəaliyyətinə uzun müddətli ara verməsinə ehtiyac var. Hesab edirəm ki, bu onun özünə də xeyirli olar. Bu blok tək Azviki üçün keçərlidir. Əgər işləməyə belə həvəslidirsə, digər dillərdə fəaliyyətinə davam etdirə bilər. Bildiyim qədərilə istifadəçi ingilis dilini bilir və ora da Azərbaycan üçün töhfələr verə bilər. Əminəm ki, icma da onun oradakı fəaliyyətini görüb fikrini dəyişə bilər. Hələ indiyənə qədər, icma çalışmaq istəyən heç kəsi ömürlük blokda saxlamayıb.--Tarixi Nadir (müzakirə) 07:13, 26 sentyabr 2024 (UTC)
- 14. Lehinə: Tarixi Nadir ilə tamamilə razıyam. Qlobal bloklanmadığı təqdirdə bunu icra edə bilər. Hörmətlə, Qədir (müzakirə) 09:42, 26 sentyabr 2024 (UTC)
Lehinə: istifadəçilərin şəxsi məlumatları ictimailəşdirildi. Təkcə bu blok üçün yetər. --Мурад 97 (müzakirə) 09:32, 27 sentyabr 2024 (UTC)
Təklifi dəstəkləməyənlər
Bu təklifi dəstəkləmirəm. — Bu imzasız yazı NKOzi (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 14:33, 23 sentyabr 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə:, mən bloklanmanın əleyhinəyəm. Nəyə görə əleyhinə olduğumu bənd-bənd aşağıda izah etməyə çalışacağam.
- 1. Şəhidlər haqqında məqalələrin vikipediyadan silinməsi ilə bağlı Crepusculum-un facebook statusu ilə tanışam. Orada heç kimin şəxsi məlumatı açıqlanmamışdır, istifadəçi adları və ya bu istifadəçi adlarını istifadə edən şəxslərin kimliyi yazılmamışdır. Bu səbəbdən vikipediyanın gizlilik prinsipinin pozulmasına görə onu ittiham etmək doğru deyil. Fəal bir vikipediyaçının vikipediya ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olan bir mövzuda fikir bildirməsi isə normal bir şeydir. Bu mövzu çox həssas mövzu idi və təkcə Crepusculum yox, çox sayda başqa aktiv vikipediyaçı da ona KİV-lərdə, youtube kanallarında münasibət bildirdi. Münasibətlərin fərqli olması da normaldır. Əgər adam fikirləşirsə ki, məqalələrin silinməsi doğru deyil və bunu açıq şəkildə dilə gətirirsə, onu niyə bloklamalıyıq ki? Hamı məqalələrin silinməsini dəstəkləməlidir? Əgər Crepusculum-un sözügedən digər mənbələrdəki açıqlamalarında da şəxs adları yoxdursa və vikipediyanın gizlilik prinsipi pozulmayıbsa, heç 1 günlük bloklamaqdan belə söhbət gedə bilməz.
- 2. Crepusculum-un müzakirələrdə iştirak etməyəcəyi ilə bağlı dediyi sözlərə gəlincə, bu məsələni mən də xatırlayıram. Hətta şəxsən özüm xahiş etmişdim ki, bir müddət müzakirələrdən uzaq dursun. Amma heç bir vikipediyaçıya deyə bilmərik ki, sən ümumiyyətlə müzakirələrdə iştirak eləmə. Bu hər adamın öz şəxsi işidir. Və fikrini dəyişmək də normal bir şeydir. Bir istifadəçi bu gün bir başqa istifadəçinin inzibatçı olmasına səs verir, sabah ona qarşı olur, bu gün bir məqalə yaradır, heç üstündən 1 həftə keçməmiş onu silməyə namizəd edir. Eləcə də Crepusculum istər müzakirələrdə iştirak edər, istər etməz, bu onun şəxsi işidir. Ona vikipediyadakı müzakirələrdə iştirak etməyəcəyinə dair and içdirib Qurana əl basdıra bilmərik.
- 3. Kiminsə sosial şəbəkələrdə Crepusculum-un statusuna ürək atması və ya onun özünün kiminsə statusunu layk etməsi - bu ümumiyyətlə vikipediyada bloklanmağa səbəb ola bilməz.
- 4. Crepusculum-un qaba davranışı ilə bağlı məsələ bu kontekstdən çıxarılıb ayrıca müzakirə oluna bilər. Ehtimal etmək olar ki, belə hallar mövcuddur. Amma qaba, kobud davranış, şərh yazmaq 90/100 % qarşılıqlı olur. Ona görə hər bir hal tək-tək nəzərdən keçirilməlidir. Əgər belə bir hal varsa da düşünürəm ki, qeyri-müəyyən müddətlik blok bunun üçün ağır cəzadır.
- 5. Crepusculum-un onun əleyhinə olan istifadəçilərdən qisas alması, onları təqib etməsi ilə bağlı məsələyə gəlincə. Gəlin məsələnin tərs tərəfinə də baxaq. Bu adamın fəaliyyəti ilə bağlı sonuncu müzakirə heç bir ay deyil ki, yekunlaşıb. Yenidən belə bir müzakirə açılması sizcə istifadəçiyə psixoloji təzyiq deyilmi? Deməli, bu adam hər ay ona qarşı olan 10-15 adamın önündə özünə bəraət qazandırmağa çalışmalıdır? Ya ömürlük bloklanmayana qədər hər ay, hər 2 aydan bir bunun fəaliyyəti müzakirə olunmalıdır. Bu yanaşmanı düzgün hesab etmirəm. Məsələ ilə bağlı mənim fikirlərim bu qədər.--Sortilegus (müzakirə) 03:09, 24 sentyabr 2024 (UTC)
- 2. Əleyhinə: istifadəçi uzun müddətdir ki, fəaliyyətsizdir. Müzakirə olunana məsələlər əvvələrdə müzakirə olunub. Viki-də başaverənlərin ictimailəşməsi səbəbindən hər kəs öz mövqeyini səsləndirdi. Onda gərək hamı bloklansın. İstifadəçinin düşüncəsi və sərgilədiyi mövqeyə görə bloklanmasını düzgün hesab etmirəm. Mən əvvələr olduğu kimi hamının töhfə verdiyi və qalmaqalların az olduğu viki-ni istəyirəm. Uzun sözün qısası vikipediyaya töhfəni hər şeydən üstün tutmalıyıq. — Khidirzada (müzakirə) 08:31, 27 sentyabr 2024 (UTC)
Bitərəf
Şərhlər
Şərh: hələ ki, bloklanma ilə bağlı fikir bildirmirəm, amma istifadəçinin bu vəziyyəti "məqalələrin silinməsinin qarşısını almağa çalışdığı üçün intiqam" kimi qiymətləndirəcəyini (qələmə verəcəyini) düşünürəm. Ola bilər ki, müzakirəyə yenə kənardan müdaxilələr olsun. — Bikar müzakirə 17:20, 22 sentyabr 2024 (UTC)
- Bikar, siz özünüz də görürsünüz ki, Vikipediya üçün böyük bir zərərdir bu istifadəçi. Düşünün bir adamı ki, Vikipediyadankənar blogerlərə material verir, üstəlik onu dəstəkləyib özünü "informasiya qəhrəmanı", "vətənpərvər vikiçi" kimi təqdim edir, sonra isə verilən təqaüd ilə İstanbulda gəzir-tozur. --► Hörmətlə: SolaVirum 17:30, 22 sentyabr 2024 (UTC)
- @Bikar istifadəçinin necə qələmə verəcəyi əlbətdə onun şəxsi fikiridir. Kənar müdaxiləyə gəldikdə isə, qəti qərar verilməlidir ki, kənar müdaxilələr bitsin. Bu çox yalnış düşüncədir. Kənar müdaxilə olacaq deyə, fikir bildirməmək, artıq icmanın "kənar müdaxilə"dən çəkindiyini göstərir və narahat edici məqamdır. Patriot Kor (müzakirə) 22:28, 22 sentyabr 2024 (UTC)
Şərh: Əlavə olaraq qeyd etmək istəyirəm ki, Vikipediya icmasında hər bir istifadəçi, o cümlədən inzibatçılar, icmanın qaydalarına və prinsiplərinə hörmətlə yanaşmalıdırlar. Hər kəsin Vikipediya üçün fəaliyyət göstərərkən həmrəyliyi, nəzakəti və əməkdaşlığı ön plana çəkməsi çox vacibdir. İcma daxilində konstruktiv münasibətlər və müzakirələr icmanın sağlam inkişafının əsasını təşkil edir.
Məncə, bu müzakirə, həm də digər istifadəçilər və inzibatçılar üçün bir dərs olmalıdır. İcma üzvlərinə qarşı kobudluq, qərəzli münasibət və şəxsi maraqlara xidmət etmək heç bir halda qəbul edilə bilməz. Hər kəsin fəaliyyətinə diqqətlə yanaşması və daha səmimi, mehriban davranması, icmanın harmoniyasını qorumaq üçün vacibdir. Əks halda, bu cür hallar təkrarlanarsa, digər istifadəçilər və hətta inzibatçılar da oxşar nəticələrlə üzləşə bilər.
Bu səbəbdən, Vikipediyanın birgə əməkdaşlıq və dostluq ruhunu qorumaq üçün hamının diqqətli olması və konstruktiv fəaliyyət göstərməsi icma üçün olduqca vacibdir. --A.Aida88 (müzakirə) 06:46, 23 sentyabr 2024 (UTC)
- NKOzi Vikipediya ilə heç bir əlaqəniz yoxdur, heç imzanı ata bilmirsiniz, heç adicə bir dənə arqument ortaya qoymamısınız, amma nə əcəbsə, tanrıdan gələn vəhy sayəsində gəlib burada iştirak edirsiniz. --► Hörmətlə: SolaVirum 15:37, 23 sentyabr 2024 (UTC)
- NKOzi ilə Cekli829 vaxtilə bir yerdə işləyirdi. Bilmək olmaz, bəlkə də Ceklinin özüdü. Nemoralis (müzakirə) 15:55, 23 sentyabr 2024 (UTC)
- Cekli deyil. Mənəm NKO zi 16:55, 23 sentyabr 2024 (UTC)
- Burada hər müzakirədə iştirak etmirəmsə o demək deyil ki, heç nədən xəbərim yoxdur. Baxıram lazım biləndə fikir bildirirəm. NKO zi 16:56, 23 sentyabr 2024 (UTC)
- Arqumentə qalanda, burada təktarlananlar köhnə məsələlərdir. Şəxsi məlumatların yayılması var, onu isbat edə bilsəydiniz zatən bu müzakirəyə ehtiyac olmazdı. Müzakirə açılıbsa deməli sübut edə bilməmisiniz. Ortada bir tədbirdə iştirak qalır. O da bloklanmaq üçün səbəb olmur. NKO zi 17:01, 23 sentyabr 2024 (UTC)
- Deyəsən müzakirəni oxumadan elə başlığı görüb gəlib şərh bildirmisiniz; bax: [1]. Əksini iddia etməyin, ilk başlarda inkar etsə də, bir müddət sonra özü də qəbul etmişdi. Hörmətlə, Qədir (müzakirə) 17:14, 23 sentyabr 2024 (UTC)
- Bu dediyim kimi köhnə tarixə aiddir. Üç il əvvəlki məsələni də bu gün üçün təklif etmək düz deyildir. Bu gün üçün yeni sübut varmı? Son hadisələr ilə bağlı. NKO zi 17:22, 23 sentyabr 2024 (UTC)
- Bu, çox həssas məsələdir, bunu bir dəfə edən ikinci dəfə də edər. Sosial şəbəkələri izləyərək bütün bunları başa düşmək çətin məsələ deyil. Hörmətlə, Qədir (müzakirə) 17:24, 23 sentyabr 2024 (UTC)
- Kifayət edən səbəb olsaydı istifadəçi hesabı söndürülərdi. Bunun presedentləri olub. NKO zi 17:27, 23 sentyabr 2024 (UTC)
- Hər halda yuxarıda qeyd olunanlar bloklanma üçün kafidir, hətta artıqdır. Hörmətlə, Qədir (müzakirə) 09:50, 24 sentyabr 2024 (UTC)
- Azərbaycanca vikipediyadakı fəaliyyətimi dayandırmışam. Bu barədəki müvafiq şablonu öz istifadəçi səhifəmdə də göstərmişəm. Şəxsi məsələlərlə əlaqədar olaraq ən azı 1 ən çoxu isə 2-3 il bura daxil ola bilməyəcəm. Ehtimal var ki, bəlkə daha tez qayıtdım. Hazırlaşmalı olduğum imtahanlar səbəbindən vikipediyaya ayıracaq vaxtım qalmır. Hər bir halda bütün bunlar mənim əsassız və haqqsız yerə ömürlük bloklanmağımı şərtləndirə bilməz. Yuxarıda başladılmış səsvermə cəzalandırmaq, dərs vermək və qisas almaq xarakteri daşıyır. Məsələn, NurAy yazıb ki,ümid edirəm şəxsin bloklanmağı onun kimi düşüncələrdə olan şəxslərə də dərs olar. Sizə dəhşətli gəlmir bu cümlə ? Bir şey olmamış qaydalarla dolu linkləri bir-birinə atan icma kimisə düşüncəsinə görə ömürlük bloklamağa hazırlaşır. Bir necə ay bundan əvvəl icma bu mövzunu müzakirə edib və bu məsələ haqqında öz qərarını verib. Həmin müzakirədən bura heç 2 ay belə keçməyib və mən o vaxtdan bura 100 redaktə belə etməmişəm. Bir sözlə yuxarıda mənə qarşı səsləndirilmiş ittihamlar haqqında icma nə qədər qərar qəbul etməlidir ? Yəgin ki, bu cavab hamıya bəllidir. Mən tam bloklanana qədər.
- Hər halda yuxarıda qeyd olunanlar bloklanma üçün kafidir, hətta artıqdır. Hörmətlə, Qədir (müzakirə) 09:50, 24 sentyabr 2024 (UTC)
- Kifayət edən səbəb olsaydı istifadəçi hesabı söndürülərdi. Bunun presedentləri olub. NKO zi 17:27, 23 sentyabr 2024 (UTC)
- Bu, çox həssas məsələdir, bunu bir dəfə edən ikinci dəfə də edər. Sosial şəbəkələri izləyərək bütün bunları başa düşmək çətin məsələ deyil. Hörmətlə, Qədir (müzakirə) 17:24, 23 sentyabr 2024 (UTC)
- Bu dediyim kimi köhnə tarixə aiddir. Üç il əvvəlki məsələni də bu gün üçün təklif etmək düz deyildir. Bu gün üçün yeni sübut varmı? Son hadisələr ilə bağlı. NKO zi 17:22, 23 sentyabr 2024 (UTC)
- Deyəsən müzakirəni oxumadan elə başlığı görüb gəlib şərh bildirmisiniz; bax: [1]. Əksini iddia etməyin, ilk başlarda inkar etsə də, bir müddət sonra özü də qəbul etmişdi. Hörmətlə, Qədir (müzakirə) 17:14, 23 sentyabr 2024 (UTC)
- NKOzi ilə Cekli829 vaxtilə bir yerdə işləyirdi. Bilmək olmaz, bəlkə də Ceklinin özüdü. Nemoralis (müzakirə) 15:55, 23 sentyabr 2024 (UTC)
- 2019-cu ildə qəzetə verdiyim müsahibə 2024-cü ildə bloklanmam üçün əsas kimi gətirilib. A.Aida88 iddia edir ki, güya mən hansısa sayta son baş verənlərlə bağlı müsahibə vemrişəm. Heç bir sayta və ya xəbər kanalına mövzu ilə bağlı müsahibə verməmişəm. Paylaşdığım statusu kimsə öz saytında xəbər kimi paylaşırsa buna mən nə edə bilərəm ki ? Heç kimin heç bir şəxsi məlumatını III tərəfə ötürməmişəm. Əslində buna heç bir halda ehtiyac belə olmayıb. Nazirliyin təşkil etdiyi viki-düşərgənin təşkilatçılarından olan bir şəxsi və ya tvitterdə mütamadi postlar paylaşan bir şəxsi tapmaq nə qədər çətin ola bilərdi ki. Bir sözlə hədəfə alınan vikipediyaçılar Azərbaycanda Vikipediya məsələsi ilə maraqlanan hər bir şəxs real həyatdan tanıyıb və ortada hansısa "gizli əsaslarla fəaliyyət göstərmiş istifadəçi obrazı" mövcud olmayıb. White Demonun mövzu ilə bağlı yazdıqları da çox absurddur. 10 ildən çoxdur ki, vikipediya üçün fəaliyyət göstərən cənab inzibatçı təklif edir ki, facebookda biri Crepusculuma ürək atıb deyə gəlin onu ömürlük bloklayaq. --Crepusculum (müzakirə) 14:38, 24 sentyabr 2024 (UTC)
- Bu qədər nüans sadalamışam, amma sadəcə bu nüansa ilişirsizsə, əlavə əks arqument gətirməyə lüzüm görmürəm. Həmin ifadə vikipediyaçıları təhdid və təhqir edən bir şəxs ilə sizin aranızda həmfikirlik olmasına dair bir allüziya idi sadəcə. Niyə belə literary başa düşdüz, anlamıram. Şiroi Akuma 14:50, 24 sentyabr 2024 (UTC)
- İştirak etdiyim CEE tədbirinə dəvət edilmişdim və həmin dəvət də 2-3 ay bundan əvvəl edilmişdi. Gələn ayda ABŞ-dakı Şimali Amerika konfrasına dəvət ediblər. İndi məni harasa çağırırlarsa və kimsə gedə bilmirsə burada mənim günahım nədir ? Əgər hansısa tədbirə gedəndə sizlərdən və ya icmadan icazə almaq lazımdırsa lütfən bu barədə mənim müzakirə səhifəmə və ya kənd meydanına yazın ki, işimizi bilək. Yuxarıdakı müzakirələrin hamısı bir oyundur. Dünən Patriot Kor qaldığımız otelin girişindəki ayaq üstü söhbətimiz zamanı mənə dedi ki, sən qəzərlisən, getməlisən və tezliklə də gedəcəksən. Tədbirin III və sonuncu günü gəmi ilə boğaz turu oldu və gəmidən düşəndən sonra Patriot Kor bildirdi ki, sənin haqqında başladılan müzakirəni gördünmü ? dedim ki, yox görməmişəm. Əlavə etdi ki, gedib baxarsan. Yuxarıda fikir ifadə etmiş və əsasən heç bir müzakirədə rəy yazmayan adamların gəlib burada alovlu rəylər yazması da bir daha bu prosesin məqsədli və planlı şəkildə aparıldığını göstərməkdədir. Mən heç kimin şəxsi məlumatlarını yaymamışam və heç vaxt hansısa vikipediyaçının zərər görməsinə tərəfdar olmamışam. Kiminsə başına pis bir işin gəlməsi mənə heç nə qazandırmayacaq. Şəhid məqalələrinin silinməsinə hər zaman qarşı olmuşam və bu barədə öz fikirlərimi facebook postumda yazmışam. Həmin postda heç bir ad çəkməmişəm və kimisə hədəf göstərməmişəm. İcma tələb edirdi ki, mən onlarla həmrəy olmalı idim və güya biz kollektiv olmuşuq. Dəfələrlə mənim haqqımda təqib xarakterli müzakirələr başladanda, mənə vikipediyada ingilis bayrağı verən, telegramda sənin üzünə tüpürəcəm sözünü yazan admin indi səs verib. Gmail-dən, açdığı canlı yayımlarla və mənim ailə üzvlərimə yazdığı mesajlarla məni və ailəmi təhqir edən adamlar buna görə heç bir cəza almayıb və hələdə inzibatçı kimi qalmaqdadır, ancaq facebookda yazdığım bir statusa görə mənim ömürlük bloklanmağım tələb olunur. White Demon siz bunları bilən bir adam olaraq niyə belə bir qərəzli addıma atdınız mənə maraqlı və qəribə gəldi.--Crepusculum (müzakirə) 14:51, 24 sentyabr 2024 (UTC)
- @Crepusculum bəli bu ifadələri sizə demişəm. Sizə dediyim digər sözləri də yaza bilərsiniz. Amma sizə sərf edən tərzdə yox. Mümkün olsa hamısını. Yuxarıdakı ifadələri bir daha təkrar edirəm və fikrimdə qətiyəm: siz qərəzlisiniz, icmadan getməlisiniz və tezliklə gedəcəksiniz. Hətda sizə məsləhət gördüm ki, özünüz getsəniz daha məqsədə uyğun olar. Bildirirsiniz ki, bəzi hadisələr göstərir ki, bu proseslər məqsədli və planlıdır. Siz nə üçün hələ də başa düşmək istəmirsiniz ki, sizə qarşı heç bir plan qurulmayıb. Siz sadəcə icmada özünüzə qarşı mənfi fikir formalaşdırmaqdan yorulmursunuz. Sizə bu müzakirə haqqında nə üçün məlumat verdiyimi də, sizdən öncə nə üçün bu müzakirədən xəbərdar olduğumu da yaxşı bilirsiniz. Xahiş edirəm heç kəsi yormayın. Patriot Kor (müzakirə) 18:41, 24 sentyabr 2024 (UTC)
- @Patriot Kor mən getmişəm zatən. Müddətsiz bloklamaq isə çıxış yolu deyil. Facebookda yazdığım posta görə belə edirsiz. İcma ötən ay mövzu haqqında qərarını vermişdi. Hər ay eyni şeyi öz məqsədinə çatana qədər müzakirə etmək sadəcə olaraq qərəzli olmaqdır. Crepusculum (müzakirə) 21:17, 24 sentyabr 2024 (UTC)
- @Crepusculum bəli bu ifadələri sizə demişəm. Sizə dediyim digər sözləri də yaza bilərsiniz. Amma sizə sərf edən tərzdə yox. Mümkün olsa hamısını. Yuxarıdakı ifadələri bir daha təkrar edirəm və fikrimdə qətiyəm: siz qərəzlisiniz, icmadan getməlisiniz və tezliklə gedəcəksiniz. Hətda sizə məsləhət gördüm ki, özünüz getsəniz daha məqsədə uyğun olar. Bildirirsiniz ki, bəzi hadisələr göstərir ki, bu proseslər məqsədli və planlıdır. Siz nə üçün hələ də başa düşmək istəmirsiniz ki, sizə qarşı heç bir plan qurulmayıb. Siz sadəcə icmada özünüzə qarşı mənfi fikir formalaşdırmaqdan yorulmursunuz. Sizə bu müzakirə haqqında nə üçün məlumat verdiyimi də, sizdən öncə nə üçün bu müzakirədən xəbərdar olduğumu da yaxşı bilirsiniz. Xahiş edirəm heç kəsi yormayın. Patriot Kor (müzakirə) 18:41, 24 sentyabr 2024 (UTC)
- @White Demon həqiqətən adam dəhşətə düşür ki, siz vikipediyanın qaydalarını bilmirsiniz. Deyirsiniz ki, bu qədər nüans sadalamışam - doğrudurmu ? Zəhmət olamsa Vikipediya:Şikayət səhifəsinin 2024-cü il üzrə olan arxivinə baxın. Oradakı III başlıq mənim bloklanmamı tələb edən səbəblər haqqındadır. Sizin sadalamış olduğunuz nüanslar haqqında icma artıq öz qərarını verib. Doğrudur ya yox ? Deməli siz icma mən bloklanmayana qədər icmanın qəbul etdiyi qərarları doğru hesab etməyəcəksiz ? həmin müzakirədən heç 2 ay belə keçməyib və mən 100 redaktə belə etməmişəm. Crepusculum (müzakirə) 14:55, 24 sentyabr 2024 (UTC)
- Vikiicma sadəcə məndən ibarətdir? Vikicma o vaxt belə qərar verib, indi isə bu qərarı vermək istəyir. Bir ay əvvəlki vikiicma qərarı ilə razılaşırsız, amma vikiicmanın indiki qərarı ilə razılaşmaq istəmirsiz? Şiroi Akuma 15:00, 24 sentyabr 2024 (UTC)
- @White Demon siz məni anlamadınız. Mən deyirəm ki, icma 2 ay bundan əvvəl qərar verib ki, məni bloklamasın. Doğrudurmu ? Həmin müddətdən sonra mən yüzdən az redaktə etmişəm və heç bir qaydanı pozmamışam. 2 ay sonra isə siz icmanın qərar verdiyi bəndləri yenidən əsas gətirib, mənim bloklanmağım üçün müzakirələr başlatmısız. Niyə yaza bilmirsiz ki, Crepesculmun facebookda yazdığı soncunu statusdan sonra əlimizə fürsət düşüb və gəlin köhnə, bağlanmış, haqqında qərar verilmiş müzakirələri də bura əlavə edək və onun bloklanmasına nail olaq. Bir var ki, adamı 1 şeyə görə günahlandırasan və birdə var ki, 10 şeyə görə. Bunların arasında fərq yoxdurmu ? Vikimedia Fondu məni niyə global bloklamadı ? Bu qədər səy göstərdi bəzi şəxslər. Gündə 2-3 e-mail yazdılar ki, təki mən bloklanım. @White Demon siz hər zaman ədalətl bir istifadəçi olmusunuz. Lütfən yazdığım cavab şərhini diqqətlə oxuyun. Görün nəsə səhv söz deyirəmmi. Crepusculum (müzakirə) 15:08, 24 sentyabr 2024 (UTC)
- Sözügedən istifadəçi ilə hansısa müzakirənin aparılması lüzumsuzdur. Səni bıçaqlasa, deyəcək göydən düşüb səbə girdi o bıçaq, mənlik bir şey yoxdur. --► Hörmətlə: SolaVirum 16:21, 24 sentyabr 2024 (UTC)
- @Solavirum qərəzli və tərəfli formada müzakirə gedir burada. Facebookda paylaşdığım bir posta görə bir istifadəçinin ömürlük bloklanmasını tələb etmək sizcə doğrudur ? Mən həmin postda heç bir ad çəkməmişəm və heç kimin şəxsi məlumatlarını yazmamışam. Vikipediya:Şikayət səhifəsinin 2024-cü il üzrə olan arxvinin III başlığında mənimlə bağlı bu müzakirə bir dəfə gedib. Arxada qalan 7 həftə ərzində 100-dən az redaktə etmişəm. İcmanın qərar verdiyi bir mövzudakı bəndləri yenidən bura yazmaq doğrudurmu ? Mən bu gündə şəhid məqalələrinin silinməsinə qarşıyam və kimsə məni ömürlük bloklanmasın deyə bu möqeyimi dəyişə bilmərəm. İndi sizin kimi düşünməyən adamları bloklamaq çıxış yoludur ? Crepusculum (müzakirə) 16:25, 24 sentyabr 2024 (UTC)
- Tək səbəb bu deyil. Hər halda, bütün icma sizin Vikipediya daxilində və xaricində destruktiv fəaliyyətinizi bilir. Sabah-birigün də dostunuz paylaşar ki, vətənpərvər gənci sıradan çıxarmağa cəhd edirlər. --► Hörmətlə: SolaVirum 16:28, 24 sentyabr 2024 (UTC)
- Başqa səbəblər haqqında icma 2 ay bundan əvvəl qərar verməyib ? O zaman həmin qərarın nə mənası oldu ki ? Mənim saxta vətənpərvərlik etməyimlə bağlı ittihamlar yeni deyil. 2014-cü ildən etibarən şəhidlər haqqında məqalələr yaratmışam və 6-dan çox xarici dilli vikipediyada 100-dən artıq məqalə yaratmışam. Şəhidlər haqqında Azvikidə yaratdığım məqalələrin sayı isə 150-dən çoxdur. Siz mənim sualıma cavab vermirsiniz. 2 ay bundan əvvəl Şikayət səhifəsində əldə edilmiş qərardan sonra mənim cəmi 80 redaktəm olub və həmin vaxta bura nə dəyişdi ki, ömürlük bloklanmamla bağlı müzakirə başladı ? Niyə yazmırsız ki, facebookda paylaşdığın post bizə əsas verdi ki, səni buradan kənarlaşdıraq. Hansı vikipediyaçı ki, şəhid məqalələrinin silinməsinə qarşıdırsa deməli burada fəaliyyət göstərə bilməz ? Crepusculum (müzakirə) 16:34, 24 sentyabr 2024 (UTC)
- Elə deyirsiniz ki, özünüz deyildiniz yalva-yaxar edirdiniz ki, bloklamayın tədbirlərə getməliyəm? Siz yazmışdınız da Vikipediyada bunu. Gərək o andaca blok edilərdiniz. Mən bir də cavab yazmayacağam nə sizə, nə də dostlarınıza. --► Hörmətlə: SolaVirum 17:14, 24 sentyabr 2024 (UTC)
- Başqa səbəblər haqqında icma 2 ay bundan əvvəl qərar verməyib ? O zaman həmin qərarın nə mənası oldu ki ? Mənim saxta vətənpərvərlik etməyimlə bağlı ittihamlar yeni deyil. 2014-cü ildən etibarən şəhidlər haqqında məqalələr yaratmışam və 6-dan çox xarici dilli vikipediyada 100-dən artıq məqalə yaratmışam. Şəhidlər haqqında Azvikidə yaratdığım məqalələrin sayı isə 150-dən çoxdur. Siz mənim sualıma cavab vermirsiniz. 2 ay bundan əvvəl Şikayət səhifəsində əldə edilmiş qərardan sonra mənim cəmi 80 redaktəm olub və həmin vaxta bura nə dəyişdi ki, ömürlük bloklanmamla bağlı müzakirə başladı ? Niyə yazmırsız ki, facebookda paylaşdığın post bizə əsas verdi ki, səni buradan kənarlaşdıraq. Hansı vikipediyaçı ki, şəhid məqalələrinin silinməsinə qarşıdırsa deməli burada fəaliyyət göstərə bilməz ? Crepusculum (müzakirə) 16:34, 24 sentyabr 2024 (UTC)
- Tək səbəb bu deyil. Hər halda, bütün icma sizin Vikipediya daxilində və xaricində destruktiv fəaliyyətinizi bilir. Sabah-birigün də dostunuz paylaşar ki, vətənpərvər gənci sıradan çıxarmağa cəhd edirlər. --► Hörmətlə: SolaVirum 16:28, 24 sentyabr 2024 (UTC)
- @Solavirum qərəzli və tərəfli formada müzakirə gedir burada. Facebookda paylaşdığım bir posta görə bir istifadəçinin ömürlük bloklanmasını tələb etmək sizcə doğrudur ? Mən həmin postda heç bir ad çəkməmişəm və heç kimin şəxsi məlumatlarını yazmamışam. Vikipediya:Şikayət səhifəsinin 2024-cü il üzrə olan arxvinin III başlığında mənimlə bağlı bu müzakirə bir dəfə gedib. Arxada qalan 7 həftə ərzində 100-dən az redaktə etmişəm. İcmanın qərar verdiyi bir mövzudakı bəndləri yenidən bura yazmaq doğrudurmu ? Mən bu gündə şəhid məqalələrinin silinməsinə qarşıyam və kimsə məni ömürlük bloklanmasın deyə bu möqeyimi dəyişə bilmərəm. İndi sizin kimi düşünməyən adamları bloklamaq çıxış yoludur ? Crepusculum (müzakirə) 16:25, 24 sentyabr 2024 (UTC)
- @White Demon yuxarıda yazmısınız ki, Onun bir saytda verdiyi..... məqalələr/müsahibələr. Mən mövzu ilə bağlı heç bir xəbər saytına müsahibə falan verməmişəm axı. Facebookda post paylaşmışam və heç tanımadığım xəbər saytı götürüb bunu xəbər kimi verib. Bu mənim həmin xəbər saytına verdiyim müsahibə kimi təqdim edilməlidir sizcə ? Şəhid məqalələrinin silinməsi mövzusunda kimin və hansı şəxsi məlumatını kimə ötürmüşəm ? Bu barədə bir fakt mövcuddur ? Həmin şəxsləri cəmiyyət tanımırdımı güya ? Crepusculum (müzakirə) 16:22, 24 sentyabr 2024 (UTC)
- Facebookda paylaşdığınız postu daha sonra silməyiniz (və ya gizlətməyiniz) nə üçün idi bəs? O qədər yalan danışmısız ki, axırda özünüz də itirmisiniz nəyi deyib nəyi demədiyinizi. Yalançının hafizəsi olmaz. Bir neçə ay əvvəl üzümüzə durub "mənə xəbərdarlıq gəlməyib" deyən siz, üstündən bir müddət keçəndən sonra metada "fond mənə başqasının məlumatlarını paylaşmaq doğru deyil, biz belə şeylərdəm narahat oluruq məzmunlu mesaj göndərib" demişdiz. Mənim düşərgədə təşkilatçı olmağım nəyisə dəyişmir, bu sizə əsas ya da bəhanə vermir ki, məlumatlarımı üçüncü tərəflə paylaşıb "yoox mən etməmişəm" deyəsiz. Nə mən, nə də icma uşaq deyil. Mənə və digər yoldaşlara təhdidlər yağdıran, ev ünvanımızı, oxuduğumuz yeri axtaran şəxslərin həmin postlarına like atmağınıza isə deyəsən hələ bir bəhanə tapmamısız. Yəni düşünürsünüz ki, heç bir günahı olmayan süddən çıxmış ağ qaşıqsız, amma icmanın geri qalanı haqsız, ədalətsiz və qərəzlidi, indi siz dürüst birisiz deyə sizi bloklamaq istəyir? Gedin köhnə səsvermələri açın baxın görün sizi vaxtilə dəstəkləmiş neçə istifadəçi fikrini dəyişib artıq? Yəni bu qədər adam səhvdir bir sizsiz düzgün, hamı sizə planlar qurur, hə. Afərin. Birazdan bütün günü qruplaşma-qruplaşma deyib heç bir əsas göstərə bilməyən, "məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər", "qruplaşmanın təmsilçiləri azərbaycanca vikipediyanın idarəçilərinin sıralarına da sızıblar" deyən bəzi dostlarınız da gəlib (hətta bəziləri gəlib) sizi dəstəkləyər, onda əsl qruplaşma kimlərdir görərik. Təsadüfə baxın ki əsl qruplaşmadakıların "mən günahkar deyiləm, məni çıxartmağa çalışırlar" deyən Facebook postlarını Pərdəşünas öz səhifəsində repost etmişdi. Heç narahat olmayın. Hələ görək Fond tərəfindən bloklananda əlinizdə qalan "Bəs fond məni niyə bloklamadı" bayrağını nə ilə əvəz edəcəksiniz. Nemoralis (müzakirə) 20:55, 24 sentyabr 2024 (UTC)
- @Nemoralis mən Pərdəşünasın mövzu ilə bağlı yazdığı postlara indi baxdım və heç birinin like etmədiyimi gördüm. Hansı postları like etmişəm ? Lütfən fakt təqdim edin. Like etdiyim hansısa postda vikipediyaçıları ölümə falan səsləyiblər ? Kim hansı sayta müsahibə veribsə bunun mənimlə nə əlaqəsi ? Hansı şəxsi məlumatı ötürmüşəm ? Facebookdakı qrupda Fəridlə 2021-2022-ci illərdə, şərhdlərdə dalaşan kim idi ? Crepusculum (müzakirə) 21:10, 24 sentyabr 2024 (UTC)
- Facebookda paylaşdığınız postu daha sonra silməyiniz (və ya gizlətməyiniz) nə üçün idi bəs? O qədər yalan danışmısız ki, axırda özünüz də itirmisiniz nəyi deyib nəyi demədiyinizi. Yalançının hafizəsi olmaz. Bir neçə ay əvvəl üzümüzə durub "mənə xəbərdarlıq gəlməyib" deyən siz, üstündən bir müddət keçəndən sonra metada "fond mənə başqasının məlumatlarını paylaşmaq doğru deyil, biz belə şeylərdəm narahat oluruq məzmunlu mesaj göndərib" demişdiz. Mənim düşərgədə təşkilatçı olmağım nəyisə dəyişmir, bu sizə əsas ya da bəhanə vermir ki, məlumatlarımı üçüncü tərəflə paylaşıb "yoox mən etməmişəm" deyəsiz. Nə mən, nə də icma uşaq deyil. Mənə və digər yoldaşlara təhdidlər yağdıran, ev ünvanımızı, oxuduğumuz yeri axtaran şəxslərin həmin postlarına like atmağınıza isə deyəsən hələ bir bəhanə tapmamısız. Yəni düşünürsünüz ki, heç bir günahı olmayan süddən çıxmış ağ qaşıqsız, amma icmanın geri qalanı haqsız, ədalətsiz və qərəzlidi, indi siz dürüst birisiz deyə sizi bloklamaq istəyir? Gedin köhnə səsvermələri açın baxın görün sizi vaxtilə dəstəkləmiş neçə istifadəçi fikrini dəyişib artıq? Yəni bu qədər adam səhvdir bir sizsiz düzgün, hamı sizə planlar qurur, hə. Afərin. Birazdan bütün günü qruplaşma-qruplaşma deyib heç bir əsas göstərə bilməyən, "məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər", "qruplaşmanın təmsilçiləri azərbaycanca vikipediyanın idarəçilərinin sıralarına da sızıblar" deyən bəzi dostlarınız da gəlib (hətta bəziləri gəlib) sizi dəstəkləyər, onda əsl qruplaşma kimlərdir görərik. Təsadüfə baxın ki əsl qruplaşmadakıların "mən günahkar deyiləm, məni çıxartmağa çalışırlar" deyən Facebook postlarını Pərdəşünas öz səhifəsində repost etmişdi. Heç narahat olmayın. Hələ görək Fond tərəfindən bloklananda əlinizdə qalan "Bəs fond məni niyə bloklamadı" bayrağını nə ilə əvəz edəcəksiniz. Nemoralis (müzakirə) 20:55, 24 sentyabr 2024 (UTC)
- Sözügedən istifadəçi ilə hansısa müzakirənin aparılması lüzumsuzdur. Səni bıçaqlasa, deyəcək göydən düşüb səbə girdi o bıçaq, mənlik bir şey yoxdur. --► Hörmətlə: SolaVirum 16:21, 24 sentyabr 2024 (UTC)
- @White Demon siz məni anlamadınız. Mən deyirəm ki, icma 2 ay bundan əvvəl qərar verib ki, məni bloklamasın. Doğrudurmu ? Həmin müddətdən sonra mən yüzdən az redaktə etmişəm və heç bir qaydanı pozmamışam. 2 ay sonra isə siz icmanın qərar verdiyi bəndləri yenidən əsas gətirib, mənim bloklanmağım üçün müzakirələr başlatmısız. Niyə yaza bilmirsiz ki, Crepesculmun facebookda yazdığı soncunu statusdan sonra əlimizə fürsət düşüb və gəlin köhnə, bağlanmış, haqqında qərar verilmiş müzakirələri də bura əlavə edək və onun bloklanmasına nail olaq. Bir var ki, adamı 1 şeyə görə günahlandırasan və birdə var ki, 10 şeyə görə. Bunların arasında fərq yoxdurmu ? Vikimedia Fondu məni niyə global bloklamadı ? Bu qədər səy göstərdi bəzi şəxslər. Gündə 2-3 e-mail yazdılar ki, təki mən bloklanım. @White Demon siz hər zaman ədalətl bir istifadəçi olmusunuz. Lütfən yazdığım cavab şərhini diqqətlə oxuyun. Görün nəsə səhv söz deyirəmmi. Crepusculum (müzakirə) 15:08, 24 sentyabr 2024 (UTC)
- Vikiicma sadəcə məndən ibarətdir? Vikicma o vaxt belə qərar verib, indi isə bu qərarı vermək istəyir. Bir ay əvvəlki vikiicma qərarı ilə razılaşırsız, amma vikiicmanın indiki qərarı ilə razılaşmaq istəmirsiz? Şiroi Akuma 15:00, 24 sentyabr 2024 (UTC)
- İştirak etdiyim CEE tədbirinə dəvət edilmişdim və həmin dəvət də 2-3 ay bundan əvvəl edilmişdi. Gələn ayda ABŞ-dakı Şimali Amerika konfrasına dəvət ediblər. İndi məni harasa çağırırlarsa və kimsə gedə bilmirsə burada mənim günahım nədir ? Əgər hansısa tədbirə gedəndə sizlərdən və ya icmadan icazə almaq lazımdırsa lütfən bu barədə mənim müzakirə səhifəmə və ya kənd meydanına yazın ki, işimizi bilək. Yuxarıdakı müzakirələrin hamısı bir oyundur. Dünən Patriot Kor qaldığımız otelin girişindəki ayaq üstü söhbətimiz zamanı mənə dedi ki, sən qəzərlisən, getməlisən və tezliklə də gedəcəksən. Tədbirin III və sonuncu günü gəmi ilə boğaz turu oldu və gəmidən düşəndən sonra Patriot Kor bildirdi ki, sənin haqqında başladılan müzakirəni gördünmü ? dedim ki, yox görməmişəm. Əlavə etdi ki, gedib baxarsan. Yuxarıda fikir ifadə etmiş və əsasən heç bir müzakirədə rəy yazmayan adamların gəlib burada alovlu rəylər yazması da bir daha bu prosesin məqsədli və planlı şəkildə aparıldığını göstərməkdədir. Mən heç kimin şəxsi məlumatlarını yaymamışam və heç vaxt hansısa vikipediyaçının zərər görməsinə tərəfdar olmamışam. Kiminsə başına pis bir işin gəlməsi mənə heç nə qazandırmayacaq. Şəhid məqalələrinin silinməsinə hər zaman qarşı olmuşam və bu barədə öz fikirlərimi facebook postumda yazmışam. Həmin postda heç bir ad çəkməmişəm və kimisə hədəf göstərməmişəm. İcma tələb edirdi ki, mən onlarla həmrəy olmalı idim və güya biz kollektiv olmuşuq. Dəfələrlə mənim haqqımda təqib xarakterli müzakirələr başladanda, mənə vikipediyada ingilis bayrağı verən, telegramda sənin üzünə tüpürəcəm sözünü yazan admin indi səs verib. Gmail-dən, açdığı canlı yayımlarla və mənim ailə üzvlərimə yazdığı mesajlarla məni və ailəmi təhqir edən adamlar buna görə heç bir cəza almayıb və hələdə inzibatçı kimi qalmaqdadır, ancaq facebookda yazdığım bir statusa görə mənim ömürlük bloklanmağım tələb olunur. White Demon siz bunları bilən bir adam olaraq niyə belə bir qərəzli addıma atdınız mənə maraqlı və qəribə gəldi.--Crepusculum (müzakirə) 14:51, 24 sentyabr 2024 (UTC)
- Bu qədər nüans sadalamışam, amma sadəcə bu nüansa ilişirsizsə, əlavə əks arqument gətirməyə lüzüm görmürəm. Həmin ifadə vikipediyaçıları təhdid və təhqir edən bir şəxs ilə sizin aranızda həmfikirlik olmasına dair bir allüziya idi sadəcə. Niyə belə literary başa düşdüz, anlamıram. Şiroi Akuma 14:50, 24 sentyabr 2024 (UTC)
- Bir qədər fikirləşdikdə müzakirədə iştirakımı perspektivsiz və faydasız hesab edirəm. Verdiyim səsdən və səsləndirdiyim arqumentlərdən imtina edirəm. Üzürlü sayın. Diqqətinizə görə təşəkkür edirəm. NKO zi 09:08, 25 sentyabr 2024 (UTC)
- 2019-cu ildə qəzetə verdiyim müsahibə 2024-cü ildə bloklanmam üçün əsas kimi gətirilib. A.Aida88 iddia edir ki, güya mən hansısa sayta son baş verənlərlə bağlı müsahibə vemrişəm. Heç bir sayta və ya xəbər kanalına mövzu ilə bağlı müsahibə verməmişəm. Paylaşdığım statusu kimsə öz saytında xəbər kimi paylaşırsa buna mən nə edə bilərəm ki ? Heç kimin heç bir şəxsi məlumatını III tərəfə ötürməmişəm. Əslində buna heç bir halda ehtiyac belə olmayıb. Nazirliyin təşkil etdiyi viki-düşərgənin təşkilatçılarından olan bir şəxsi və ya tvitterdə mütamadi postlar paylaşan bir şəxsi tapmaq nə qədər çətin ola bilərdi ki. Bir sözlə hədəfə alınan vikipediyaçılar Azərbaycanda Vikipediya məsələsi ilə maraqlanan hər bir şəxs real həyatdan tanıyıb və ortada hansısa "gizli əsaslarla fəaliyyət göstərmiş istifadəçi obrazı" mövcud olmayıb. White Demonun mövzu ilə bağlı yazdıqları da çox absurddur. 10 ildən çoxdur ki, vikipediya üçün fəaliyyət göstərən cənab inzibatçı təklif edir ki, facebookda biri Crepusculuma ürək atıb deyə gəlin onu ömürlük bloklayaq. --Crepusculum (müzakirə) 14:38, 24 sentyabr 2024 (UTC)
- @Gadir bunu bir dəfə edən ikinci dəfə də edər deyib, kimisə ömürlük bloklamaq olar ? Həm mən nə etmişəm ? Fond sübut etməyib mənim kiminsə şəxsi məlumatını yaymağımı. O qədər şikayət ediblər ki, sonda mənə ümumi bir məktub atıblar. Həm bu barədə nə qədər danışmaq olar ? Yeni nəsə yoxdu ? Crepusculum (müzakirə) 21:23, 24 sentyabr 2024 (UTC)
- Hə bu arada, bu yazdığımı Pərdəşünasa ata bilərsiz ki, ona da post paylaşmağa material olsun. Misal üçün yaza bilər ki, qruplaşma üzvləri vətənpərvərlər Vikipediyaçıları hədəf almağa başladı. Nemoralis (müzakirə) 20:59, 24 sentyabr 2024 (UTC)
- @Crepusculum, həmin post budur: [2]. Bu da sizin like atdığınızın sübutu: [3]. Şəxsi məlumatlarımı yaydınız deyib şüvənlik salmamışdan qabaq qeyd edim ki, facebook profiliniz və adınız Vikipediya:Gənc Vikipediyaçılar daxil bir çox səhifədə qeyd olunub. Pərdəşünas məqaləsinə birinci silinsin deyib mənim müzakirədən sonra məqaləni bərpa etməyimə "qanunsuz" deyəndən 5 gün sonra necə olursa 180 dərəcə fırlanaraq saxlanılmasını dəstəkləyib, mənim qaydalara uyğun olaraq tətbiq etdiyim mühafizəni "qanunsuz" adlandırmağınız isə hər şeyi açıqlayır. Nemoralis (müzakirə) 21:23, 24 sentyabr 2024 (UTC)
- @Nemoralis statusu like etdiyinə görə vikipediyada kimisə ömürlük bloklayırlar ? Crepusculum (müzakirə) 21:25, 24 sentyabr 2024 (UTC)
- Salam bu məsələyə məndə öz rəyimi bildirməyi özümə borc bildim.
- Son vikipediya ətrafında baş verənlər xüsusi bir kampaniya idi.Kampaniyanın təşkilatçısı və idarəçisi Fərid Pərdəşünas bütün günü hökümətin siyasi dəsti xəttini dəstəkləyib "vətənpərvərlik" nağılları danışıb ömründə bir dəfə olsun belə facebook platformasında bir şəhid ailəsi, qazi ailəsi problemini işıqlandırmayan şəxsdir.
- Fərid Pərdəşünas statusu birinci başlayandan mən onun özü ilə bağlı məqaləsinin silinməsini və digər xüsusatlarından sonra tam şəkildə anladım ki, adam hay-küylük edib şəhid adıyla özünə piar yığır və kampaniya aparır.
- Təbii bu barədə dəfələrlə məndə istər facebookdan istər telefonla danışdığım adamlarla bildirmişəm şəhidlərin qəhrəmanlıqları göstərdikləri xidmətlər torpaqlarımızın işğaldan azad edilməsi fenomenal bir hərb tarixinə düşəcək hadisədir.Ancaq vikipediyanın daxili qaydalarında göstərilənlərə əsasən 3000 şəhid məqaləsini redaktə edib kompleksləşdirib bir yerdə saxlamaq və.s digər hərəkətlər vikipediya qaydalarına əsaslanır.
- Ən əsasıda Solavirum və digər adminlərə qarşı edilən hücumlar, qara-piar, vətənə xəyanət az qalsın Qarabağı işğala gətirən adamlar kimi təqdim edilməsi lap biabırçılıq idi.
- Solavirum hədəfə gətirilib linç, bardan qovulmaq hətta daha ciddi başına iş gəlsə idi Fərid və digər onu müdafiə edənlər buna necə cavab verəcəkdilər ?
- Görün necə biabırçılıqlar baş verdi ki, aprel döyüşləri şəhidi Pəncəli Teymurovun əmisi Şirməmməd Teymurovu qızışdırıb dövlət qurumlarına müraciət etməsinə səbəb oldular.
- https://www.facebook.com/share/p/5SatuRNL63WYTui3/
- Baş verənlərdə sonda onu bildirmək istəyirəm ki, məsələyə hərtərəfli və obyektiv şəkildə baxsaq bu səsvermə DEMOKRATİK səsvermədir.Səsvermənin nəticələrindən asılı olaraq @Crepusculum bununla razılaşmalıdır.Heç bir qərəz, kin, düşmənçilik lazım deyil.Əgər bir yerdə bitirsə deməli BİTİB onu heç bir şeylə geri qaytarmaq mümkün deyil.
- Bu türk ata sözümü isə FƏRİDƏ ithafən yazıram :
- ARSIZ GÜÇLÜ OLUNCA, HAKLI SUÇLU OLURMUŞ !
- Hörmətlə,
- Vəli Quliyev
- siyasi aktivist Veli001 (müzakirə) 00:47, 25 sentyabr 2024 (UTC)
- Burada səsvermə getmir. Vikipediya da demokratiya deyil. Müzakirəni başqa yerə çəkmək doğru deyil, burada son hadisələrdən söhbət getmir və başlığın açılma səbəbi başqadır. Şiroi Akuma 04:34, 25 sentyabr 2024 (UTC)
- @White Demon dəstəkləməyən səsi verən @NKOzinin səsinin üzərindən niyə xətt çəkilib ? Adam 4-5 il admin olub Azvikidə. Bloka qarşı səs verənlərə qarşı niyə belə dözümsüz yanaşırsız ? Crepusculum (müzakirə) 03:42, 26 sentyabr 2024 (UTC)
- Mən çəkmişəm ya özü çəkib? Şiroi Akuma 03:44, 26 sentyabr 2024 (UTC)
- Onun öz xəyali dünyası var. --► Hörmətlə: SolaVirum 09:48, 26 sentyabr 2024 (UTC)
- Mən çəkmişəm ya özü çəkib? Şiroi Akuma 03:44, 26 sentyabr 2024 (UTC)
- @White Demon dəstəkləməyən səsi verən @NKOzinin səsinin üzərindən niyə xətt çəkilib ? Adam 4-5 il admin olub Azvikidə. Bloka qarşı səs verənlərə qarşı niyə belə dözümsüz yanaşırsız ? Crepusculum (müzakirə) 03:42, 26 sentyabr 2024 (UTC)
- @Veli001 yuxarıda yazdıqlarının mənim burada ömürlük bloklanmağımla bir əlaqəsi varmı ? Sizcə mən hansı əməllərimə görə bu lahiyədən ömürlük kənarlaşdırılmalıyam ? Səsverməni demokratik adlandırmağınız Vikipediyanın daxili qaydaları haqqında nə dərəcədə məlumatlı olduğunuzu göstərir. Crepusculum (müzakirə) 17:31, 27 sentyabr 2024 (UTC)
- Burada səsvermə getmir. Vikipediya da demokratiya deyil. Müzakirəni başqa yerə çəkmək doğru deyil, burada son hadisələrdən söhbət getmir və başlığın açılma səbəbi başqadır. Şiroi Akuma 04:34, 25 sentyabr 2024 (UTC)
- @Nemoralis statusu like etdiyinə görə vikipediyada kimisə ömürlük bloklayırlar ? Crepusculum (müzakirə) 21:25, 24 sentyabr 2024 (UTC)
- Şərh: bir neçə ay əvvəl istifadəçi mənim şəxsi email mə yazaraq məni ona qarşı həmişə qərəzli olmaqda ittiham etmişdi. Yəqin bu dəfə belə düşünməz. Çünki təqribən 1 ay əvvəl onun bloklanması üçün müzakirə açılanda, mən haqsızlıq olduğunu düşüb əleyhinə çıxış etmişdim. Bu dəfə isə ona qarşı haqsızlığın olmadığını düşünürəm. White Demon faktları tutarlıdır. --Tarixi Nadir (müzakirə) 11:54, 26 sentyabr 2024 (UTC)
- @En Merker xoş sözlərinizə görə təşəkkür edirəm. İnanıram ki, bir gün müddətsiz blokda aradan qalxar. Nəticədə heç nə əbədi deyil. @White Demon sizdən xahiş edirəm ki, yuxarıdakı müzakirəni yekunlaşdırasınız. 15 günü gözləməyə ehtiyac yoxdur. Heç vaxt müzakirələrdə iştirak etməyən şəxslərin səsverməyə cəlb edilməsi, 1 ay öncə haqqında qərar verilmiş məsələlərin yenidən gündəmə gətirilməsi və ən əsası facebookda kiminsə mənə ürək atmasına görə bu gün bu mənim ömürlük blokumun müzakirə edilməsi mənə qarşı olan münasibəti açıq formada ifadə edir. Bircə onu deyim ki, şəhid məqalələrinin silinməsinə hər zaman qarşı olmuşam. Elə bir şərh tapa bilmərsiniz ki, mən orada şəhid məqalələrinin silinməsinə tərəfdar olam. Facebookda da doğru hesab etdiyim məsələlər haqqında öz fikirlərimi yazmışam. Hər bir halda bu barədə nələrsə yazmağımın bir mənası yoxdur. Lütfən ən qısa zamanda bloklama məsələsini icra edin. Bunu mənim öz istədiyim kimi qəbul edin. Hörmətlə; Crepusculum (müzakirə) 22:14, 26 sentyabr 2024 (UTC)
- Crepusculum heç vaxt müzakirələrdə iştirak etməyən iki şəxs sizin lehinizə səs verib. Nkzoi və Khidirzada – bu, bəs edir. Deyəsən yetərli qədər adam yığa bilmədiniz Facebook-dan. --► Hörmətlə: SolaVirum 10:21, 27 sentyabr 2024 (UTC)
- @Solavirum o qədər qərəzli yanaşırsız ki, kimsə mənə tərəf səs verəndə dərhal həmin səsin arxasınca düşürsüz. İmkanınız olsa onun laptopunu əlindən alarsız ki, sən hansı əsasla bu səsi verirsən. Yuxarıda səs vermiş və ya səs verməyə cəhd etmiş şəxslərin linçlənməsi də bunu bir daha sübut edir. Siz sadəcə özünüzə sərf edən şeyləri görürsüz. Bu müzakirənin yerini belə tapa bilməyəcək adamların gəlib burada qalaq-qalaq şərhlər yazmasını isə görə bilmirsiz. Crepusculum (müzakirə) 13:37, 27 sentyabr 2024 (UTC)
- Qatığa qaradır deyəcək adamsınız, sizlə nəyisə müzakirə etmək lüzumsuzdur. Hamı sizi tanıyır, iki-üç Vikipediyaya əlaqəsi olmayan xaric --► Hörmətlə: SolaVirum 14:43, 27 sentyabr 2024 (UTC)
- Mənim Baskervill ilə heç bir münasibətim yoxdur. Müzakirə zamanı verdiyim səs və bu mövqeni dəyişdirməyim də mənim şəxsi qərarımdır. Müntəzəm olmasa da başqa müzakirələrdə də iştirak etmişəm. Mənim adımın bu cür hallandırılması həqiqətə uyğun deyiıdir. P.S. Cekli ilə də heç bir danışığım olmayıb. NKO zi 15:29, 27 sentyabr 2024 (UTC)
- @NKOzi hər bir halda dəstəyiniz üçün təşəkkür edirəm. Elə bir toksik mühit yaradılıb ki, insanlara adicə səsverməyə belə imkan vermirlər. Səsvermək bir dərd, öz səsini niyə belə verdiyini əsaslandırmaq, onun arxasında durmaq isə tamamilə başqa bir dərddir. Crepusculum (müzakirə) 15:32, 27 sentyabr 2024 (UTC)
- @Solavirum o qədər qərəzli yanaşırsız ki, kimsə mənə tərəf səs verəndə dərhal həmin səsin arxasınca düşürsüz. İmkanınız olsa onun laptopunu əlindən alarsız ki, sən hansı əsasla bu səsi verirsən. Yuxarıda səs vermiş və ya səs verməyə cəhd etmiş şəxslərin linçlənməsi də bunu bir daha sübut edir. Siz sadəcə özünüzə sərf edən şeyləri görürsüz. Bu müzakirənin yerini belə tapa bilməyəcək adamların gəlib burada qalaq-qalaq şərhlər yazmasını isə görə bilmirsiz. Crepusculum (müzakirə) 13:37, 27 sentyabr 2024 (UTC)
- Crepusculum heç vaxt müzakirələrdə iştirak etməyən iki şəxs sizin lehinizə səs verib. Nkzoi və Khidirzada – bu, bəs edir. Deyəsən yetərli qədər adam yığa bilmədiniz Facebook-dan. --► Hörmətlə: SolaVirum 10:21, 27 sentyabr 2024 (UTC)
- @En Merker xoş sözlərinizə görə təşəkkür edirəm. İnanıram ki, bir gün müddətsiz blokda aradan qalxar. Nəticədə heç nə əbədi deyil. @White Demon sizdən xahiş edirəm ki, yuxarıdakı müzakirəni yekunlaşdırasınız. 15 günü gözləməyə ehtiyac yoxdur. Heç vaxt müzakirələrdə iştirak etməyən şəxslərin səsverməyə cəlb edilməsi, 1 ay öncə haqqında qərar verilmiş məsələlərin yenidən gündəmə gətirilməsi və ən əsası facebookda kiminsə mənə ürək atmasına görə bu gün bu mənim ömürlük blokumun müzakirə edilməsi mənə qarşı olan münasibəti açıq formada ifadə edir. Bircə onu deyim ki, şəhid məqalələrinin silinməsinə hər zaman qarşı olmuşam. Elə bir şərh tapa bilmərsiniz ki, mən orada şəhid məqalələrinin silinməsinə tərəfdar olam. Facebookda da doğru hesab etdiyim məsələlər haqqında öz fikirlərimi yazmışam. Hər bir halda bu barədə nələrsə yazmağımın bir mənası yoxdur. Lütfən ən qısa zamanda bloklama məsələsini icra edin. Bunu mənim öz istədiyim kimi qəbul edin. Hörmətlə; Crepusculum (müzakirə) 22:14, 26 sentyabr 2024 (UTC)
- Şərh: Crepusculum Xahiş edirəm müzakirəni başqa istiqamətə çəkməyin. Sizin blok olmaq təklifiniz Şəhid məqalələrində görə tutduğunuz möqve ilə bağlı deyil. --Tarixi Nadir (müzakirə) 11:03, 27 sentyabr 2024 (UTC)
- En Merker, sözlərinizə qatılıram və yuxarıda yazdığımı yenə də vurğulamaq istərdim. Təkcə o fb postu həmin istifadəçini bloklamaq üçün bəsir. Burda bəziləri başqa məsələləri qatır. Misal üçün, onun son vaxtlarda az aktivliyi/qeri-aktivliyi qeyd olunur. Bunun ümumiyyətlə bloklama müzakirəsinə aydiyyatı olmamalıdır. --Мурад 97 (müzakirə) 12:24, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 kimin şəxsi məlumatlarını və nə zaman ictimailəşdirmişəm ? Crepusculum (müzakirə) 12:39, 27 sentyabr 2024 (UTC)
- Crepusculum Əsl adınızı bilmirəm, ona görə, zənn etmişəm ki, burda paylaşılan fb postlarından birini (müraciət şəkildə yazılanı) siz yazmısınız. Siz olmadığınızı indi gördüm. Səsimi geri alıram. --Мурад 97 (müzakirə) 13:11, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 mən mövzu ilə bağlı facebookda bir status yazmışam və həmin statusda da heç kimin adını və ya şəxsi məlumatını qeyd etməmişəm. Bu sadəcə mənim ömürlük bloklanmam üçün əllərinə keçən növbəti bir qodarma fürsətdən başqa heç nə deyil. Crepusculum (müzakirə) 13:31, 27 sentyabr 2024 (UTC)
- Мурад 97, baş verən hadisədən sonra özünü qəhrəman kimi təqdim etdi, yalandan yazdı ki, konsensus yoxdur, nə bilim iştirakçı adamları qaraladı. Onsuz adlarımız ictimailəşdirilmişdi deyə bunları bizə aid edirdi. Bunlar bəs edir. --► Hörmətlə: SolaVirum 14:45, 27 sentyabr 2024 (UTC)
- @Solavirum konsensus vardımı ? iştirakçı adamları qaraladı nə deməkdir tam olaraq ? Öz yazdığınızı özünüz başa düşürsüz ? Crepusculum (müzakirə) 15:05, 27 sentyabr 2024 (UTC)
- Crepusculum Əsl adınızı bilmirəm, ona görə, zənn etmişəm ki, burda paylaşılan fb postlarından birini (müraciət şəkildə yazılanı) siz yazmısınız. Siz olmadığınızı indi gördüm. Səsimi geri alıram. --Мурад 97 (müzakirə) 13:11, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 az aktiv olmaq məsələsi yaxşıdır hələ. Müzakirəni başladan yoldaş hələ yazmışdı ki, facebookda biri mənim statusuma ürək atıb və bunu bloklamaq üçün əsas olaraq göstərmişdi. Crepusculum (müzakirə) 15:33, 27 sentyabr 2024 (UTC)
- Crepusculum orda ürək atmanız həqiqətən də çox pis idi. Yerinizdə olsaydım, bunu ümumiyyətlə dilə gətirməzdim. Sadəcə, bunun blok (özəlliklə, müddətsiz blok) üçün yetər olmasını saymıram. Buna görə də, məncə, bunu müzakirə etməyə dəyməz. --Мурад 97 (müzakirə) 15:40, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 harada və kimə ürək atmışam ? Crepusculum (müzakirə) 15:47, 27 sentyabr 2024 (UTC)
- [4]. --Мурад 97 (müzakirə) 15:55, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 ürək atmamışam, like etmişəm. Bir like'a görə ömürlük bloklanmanı məqbul hesab edirsinizsə deyəcək sözüm yoxdur. Crepusculum (müzakirə) 15:59, 27 sentyabr 2024 (UTC)
- Crepusculum elə hesab etmədiyimə görə səsimi geri almışam. Amma, həmin hərəkətinizi qınayıram. --Мурад 97 (müzakirə) 16:05, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 ürək atmamışam, like etmişəm. Bir like'a görə ömürlük bloklanmanı məqbul hesab edirsinizsə deyəcək sözüm yoxdur. Crepusculum (müzakirə) 15:59, 27 sentyabr 2024 (UTC)
- [4]. --Мурад 97 (müzakirə) 15:55, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 harada və kimə ürək atmışam ? Crepusculum (müzakirə) 15:47, 27 sentyabr 2024 (UTC)
- Crepusculum orda ürək atmanız həqiqətən də çox pis idi. Yerinizdə olsaydım, bunu ümumiyyətlə dilə gətirməzdim. Sadəcə, bunun blok (özəlliklə, müddətsiz blok) üçün yetər olmasını saymıram. Buna görə də, məncə, bunu müzakirə etməyə dəyməz. --Мурад 97 (müzakirə) 15:40, 27 sentyabr 2024 (UTC)
- @Мурад 97 kimin şəxsi məlumatlarını və nə zaman ictimailəşdirmişəm ? Crepusculum (müzakirə) 12:39, 27 sentyabr 2024 (UTC)
- @En Merker deyirsiniz ki, mənim blok təklifim təkcə şəhid məqalələrinə görə deyil. Doğrudurmu ? Necə olur ki, 1 ay bundan əvvəl Vikipediya:Şikayət səhifəsində oxşar məzmunlu başlıq açılır və yenə mənim ömürlük bloklanmağım təklif olunur. Həmin başlıqan bura 1 ay vaxt keçib və mən cəmisi 80-90 redaktə etmişəm. Bir məsələ haqqında necə dəfə qərar verilməlidir sizcə ? Amma şəxsi əvvəlki etdiklərinə görə müddətsiz blok etmək heç bir çərçivəyə sıxmır. Heç hüquqda belə əvvəlki əməllərinə görə şəxsi mühakimə etmək anlayışı yoxdur. Vaxtı ilə etdiyi pozuntulara görə Kholat Syakhl müvafiq cəzalar alıb. Təkrar cəzalar yol verilməzdir. Lap elə almayıbsa da, caza o zaman veriməli idi, indi şərait yaranan kimi yada düşməli deyildi - bu cümlələri siz yazmışdız axı. Yuxarıda əsas kimi göstərilən faktların hamısı köhnə məsələlərə görə deyil ? Crepusculum (müzakirə) 13:35, 27 sentyabr 2024 (UTC)
- @En Merker yuxarıdakı mətni məhz siz 1 ay bundan əvvəl yazmısız. İndiki mövqeyinizlə isə öz yazdıqlarınızı inkar etmiş olursunuz. Bəlkə elə deyil ? Crepusculum (müzakirə) 15:17, 27 sentyabr 2024 (UTC)
- En Merker, sözlərinizə qatılıram və yuxarıda yazdığımı yenə də vurğulamaq istərdim. Təkcə o fb postu həmin istifadəçini bloklamaq üçün bəsir. Burda bəziləri başqa məsələləri qatır. Misal üçün, onun son vaxtlarda az aktivliyi/qeri-aktivliyi qeyd olunur. Bunun ümumiyyətlə bloklama müzakirəsinə aydiyyatı olmamalıdır. --Мурад 97 (müzakirə) 12:24, 27 sentyabr 2024 (UTC)
Solavirum, kimi, harada və konkret olaraq nə cür qaramışdı? Qalanları (nə bilim, özünü qəhrəman kimi göstərməyi, yalan, aktivsizlik və s.) blok üçün əsas deyil. --Мурад 97 (müzakirə) 15:03, 27 sentyabr 2024 (UTC)
- Мурад 97 mən heç bir halda özümü qəhrəman kimi təqdim etməmişəm. Buna heç vaxt ehtiyacım olmayıb. Yuxarıdakı səsvermə birbaşa facebookda paylaşdığım posta görə açılıb. Sırf onlarla eyni mövqeydən çıxış etmədiyim üçün məni ömürlük bloklamaq istəyirlər. Sonuncu belə bir müzakirə 1 ay bundan əvvəl açılıb və həmin müzakirədən bura mən 90 redaktə etmişəm. Buradakı sonuncu başlığa baxsanız görərsiniz ki, bu mövzu cəmisi 1 ay bundan əvvəl müzakirə edilib. O zaman sual ortaya çıxır ki, həmin vaxtdan bura nə dəyişib ? 8 nəfər fikir ifadə edib və 6 nəfər silinsin, 2 nəfər isə qalsın deyib. Bunu konsensus kimi sırımağa çalışırlar sadəcə. Crepusculum (müzakirə) 15:16, 27 sentyabr 2024 (UTC)
- Vəziyyəti elə təqdim etməyə çalışırsız ki, elə bil linç hərəkatına dəstək olmamasız, guya ki, ancaq şəhidlər məsələsində qarşı fikirdə olduğunuza görə burada müzakirəniz gedir. Vikipediyaçılara hədə-qorxu gələn şəxslərin postlarını bəyənirsiz, onların fikirlərinə dəstək durursuz, hələ gəlib deyirsiz ki, burada heç nə qeyri-aid bir şey yoxdur? Özü də burada sadəcə bu məsələyə görə müzakirə getmir, o qədər fakt sadalamışam, hələ də onları görməzdən gəlib "bəhanələr" kimi qəbul edirsiz, başa düşmürsüz ki, bir dənə bu məsələyə görə yox, ümumi davam edən pozucu fəaliyyətinizə görə müzakirəyə çıxarılmısız. Bir dənə məsələyə görə adam bloklamırıq burada. Mən nə qədər bunu sizə izah etsəm də, bir mənası yoxdur, yenə öz inandıqlarınıza inanacaqsız. Bloklanmağınızı dəstəkləyən 14 nəfərə "mənə qərəzlidir" deməyə davam edəcəksiz. Şiroi Akuma 16:38, 27 sentyabr 2024 (UTC)
- @White Demon o zaman burada aparılmış müzakirənin qərarını heçə sayırsız ? İcma yuxarıda yazdıqlarınızla bağlı cəmi 1 ay bundan əvvəl qərar qəbul etməmişdimi ? Crepusculum (müzakirə) 16:57, 27 sentyabr 2024 (UTC)
- @Crepusculum düşünürsünüz ki, @White Demon da hansısa qruplaşmanın üzvüdür? Yoxsa necə? Patriot Kor (müzakirə) 17:05, 27 sentyabr 2024 (UTC)
- @Patriot Kor mən elə bir şey dedim ? Crepusculum (müzakirə) 17:06, 27 sentyabr 2024 (UTC)
- Gərək açıq şəkildə deyəsiniz? Sizin haqqınızda kim nə danışsa deyirsiniz ki, mənə qarşı qruplaşma var. İndiki müzakirəni də @White Demon açıb deyə dəfələrlə ona xatırladırsınız ki, 1 ay öncə qərar verilmişdi. 1 ay öncə verilmiş qərarı siz öz fəaliyyətinizlə qoruyub saxlaya bilərdiniz. Görünür bütün icma sizdən narazıdır. Burada əlavə fikirlərə ehtiyac yoxdur. Patriot Kor (müzakirə) 17:13, 27 sentyabr 2024 (UTC)
- @Patriot Kor bu sizin sevimli xüsusiyyətinizdir. Demədiyim, etmədiyim bir şeyi adamın üzərinə yıxmağa çalışırsız. Mən heç kimi qruplaşmada ittiham etməmişəm. Əgər elə bir düşüncəm olsa bunu açıq formada dilə gətirə bilərəm. Sadəcə sadə bir suala cavab axtarmağa çalışıram, ancaq heç kim həmin suala cavab vermir. 1 ay bundan əvvəl icma yuxarıda qeyd olunmuş məsələlərlə bağlı öz qərarını verib və həmin qərardan sonra mən 100-dən az redaktə etmişəm. Hansı qaydanı pozdum ki, yenidən belə bir müzakirə başladıldı ? Hələ bu müzakirə başladılmazdan əvvəl, İstanbulda sizin mənə dediyiniz tezliklə görəcəksən tərzli ifadələr bütün bunların öncədən planlaşdırıldığını göstərməkdədir. Ömrümdə heç bir ciddi müzakirəyə rəy yazmamış şəxslərin də, ilahi formada gəlib bu səhifəni tapması və qalaq-qalaq fikirlər yazması da həmçinin. Bir sözlə mən sizinlə danışmıram. Özünüzü ortaya atmağa heç bir lüzüm yoxdur. Crepusculum (müzakirə) 17:22, 27 sentyabr 2024 (UTC)
- İstanbulda mənimlə başqa cür danışırdız amma. İstəyirsinizsə çox da o mövzulara girməyək. Patriot Kor (müzakirə) 17:28, 27 sentyabr 2024 (UTC)
- @Patriot Kor başqa cür necə ? Mən hər zaman sülhdən və barışıqdan yana olmuşam. Bəli demişəm ki, elə bir müzakirə başladılarsa xahiş edirəm ki, mənim bloklanmağımın lehinə səs vermə, fikir bildirmə. Sadəcə bunu xahiş etmişəm. Əgər bildiyin nələrsə varsa de gəlsin. Crepusculum (müzakirə) 17:30, 27 sentyabr 2024 (UTC)
- İstanbulda mənimlə başqa cür danışırdız amma. İstəyirsinizsə çox da o mövzulara girməyək. Patriot Kor (müzakirə) 17:28, 27 sentyabr 2024 (UTC)
- @Patriot Kor bu sizin sevimli xüsusiyyətinizdir. Demədiyim, etmədiyim bir şeyi adamın üzərinə yıxmağa çalışırsız. Mən heç kimi qruplaşmada ittiham etməmişəm. Əgər elə bir düşüncəm olsa bunu açıq formada dilə gətirə bilərəm. Sadəcə sadə bir suala cavab axtarmağa çalışıram, ancaq heç kim həmin suala cavab vermir. 1 ay bundan əvvəl icma yuxarıda qeyd olunmuş məsələlərlə bağlı öz qərarını verib və həmin qərardan sonra mən 100-dən az redaktə etmişəm. Hansı qaydanı pozdum ki, yenidən belə bir müzakirə başladıldı ? Hələ bu müzakirə başladılmazdan əvvəl, İstanbulda sizin mənə dediyiniz tezliklə görəcəksən tərzli ifadələr bütün bunların öncədən planlaşdırıldığını göstərməkdədir. Ömrümdə heç bir ciddi müzakirəyə rəy yazmamış şəxslərin də, ilahi formada gəlib bu səhifəni tapması və qalaq-qalaq fikirlər yazması da həmçinin. Bir sözlə mən sizinlə danışmıram. Özünüzü ortaya atmağa heç bir lüzüm yoxdur. Crepusculum (müzakirə) 17:22, 27 sentyabr 2024 (UTC)
- Gərək açıq şəkildə deyəsiniz? Sizin haqqınızda kim nə danışsa deyirsiniz ki, mənə qarşı qruplaşma var. İndiki müzakirəni də @White Demon açıb deyə dəfələrlə ona xatırladırsınız ki, 1 ay öncə qərar verilmişdi. 1 ay öncə verilmiş qərarı siz öz fəaliyyətinizlə qoruyub saxlaya bilərdiniz. Görünür bütün icma sizdən narazıdır. Burada əlavə fikirlərə ehtiyac yoxdur. Patriot Kor (müzakirə) 17:13, 27 sentyabr 2024 (UTC)
- @Patriot Kor mən elə bir şey dedim ? Crepusculum (müzakirə) 17:06, 27 sentyabr 2024 (UTC)
- @Crepusculum düşünürsünüz ki, @White Demon da hansısa qruplaşmanın üzvüdür? Yoxsa necə? Patriot Kor (müzakirə) 17:05, 27 sentyabr 2024 (UTC)
- @White Demon o zaman burada aparılmış müzakirənin qərarını heçə sayırsız ? İcma yuxarıda yazdıqlarınızla bağlı cəmi 1 ay bundan əvvəl qərar qəbul etməmişdimi ? Crepusculum (müzakirə) 16:57, 27 sentyabr 2024 (UTC)
- Vəziyyəti elə təqdim etməyə çalışırsız ki, elə bil linç hərəkatına dəstək olmamasız, guya ki, ancaq şəhidlər məsələsində qarşı fikirdə olduğunuza görə burada müzakirəniz gedir. Vikipediyaçılara hədə-qorxu gələn şəxslərin postlarını bəyənirsiz, onların fikirlərinə dəstək durursuz, hələ gəlib deyirsiz ki, burada heç nə qeyri-aid bir şey yoxdur? Özü də burada sadəcə bu məsələyə görə müzakirə getmir, o qədər fakt sadalamışam, hələ də onları görməzdən gəlib "bəhanələr" kimi qəbul edirsiz, başa düşmürsüz ki, bir dənə bu məsələyə görə yox, ümumi davam edən pozucu fəaliyyətinizə görə müzakirəyə çıxarılmısız. Bir dənə məsələyə görə adam bloklamırıq burada. Mən nə qədər bunu sizə izah etsəm də, bir mənası yoxdur, yenə öz inandıqlarınıza inanacaqsız. Bloklanmağınızı dəstəkləyən 14 nəfərə "mənə qərəzlidir" deməyə davam edəcəksiz. Şiroi Akuma 16:38, 27 sentyabr 2024 (UTC)
İstifadəçi:Redivy və maşın tərcümələri
Salam həmkarlar. Mən istifadəçiyə dəfələrlə irad bildirmişəm.(Bax: 1, 2, 3) Lakin yenə də eyni vəziyyət davam edir. Silinən məqalələrini yalnız inzibatçılar görə bilər. Məqalələrə birbaşa M2 sürətli silmə yerləşdirməyimi doğru hesab etmirsiz. İndiki halda azərbaycanca deyil şablonu yerləşdirirəm. İstifadəçi bir neçə hissədə düzəlişlər aparır, çox zaman nəyisə sadəcə silir daha sonra şablonu çıxarır. Amma məqalədə yenə də maşın tərcüməsi hissələr qalmaqdadır. Mən könüllünün maşın tərcüməsi olan məzmunu düzəltməyə vaxtı və həvəsi yoxdu, (özüm translate eliyib yazsam heç olmasa məzmun barədə məlumatım olmuş olar). Nə də şablon yerləşdirdiyim məqalənin dalınca düşə bilmərəm. İndiki halda çıxış yolu təklif edin. "Növbəti dəfə daha diqqətli olacam" və ya "səhvləri göstərin düzəldim" deməsi məni qane etmir. Ümumiyyətlə mən şablon yerləşdirməyənə qədər istifadəçi məqalələrini oxumur. (şablon yerləşdirdikdən sonra da tam oxumur) — Bikar müzakirə 15:31, 26 sentyabr 2024 (UTC)
- Həqiqətən istifadəçinin tərtib etdiyi məqalələrin tərtibatı və məzmunu problemli olur, özüm də bir neçə məqaləyə əl gəzdirmişəm. Xahiş edirəm ki, diqqətli olsun. Təklif olaraq onu verə bilərəm ki, vaxt tapdıqca qaralamada hazırlasın və daha sonra oxuyub elə yayımlasın. Hörmətlə, Qədir (müzakirə) 15:58, 26 sentyabr 2024 (UTC)